Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-153/2024 09.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdeh X3 qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşunası Nümayəndə cavabdeh X3 qarşı «borc tələbi barədə» iddia verərək, cavabdeh X1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2697 (iki min altı yüz doxsan yeddi) manat, 39 (otuz doqquz) qəpik əsas, 465 (dörd yüz altmış beş) manat, 23 (iyirmi üç) qəpik faiz üzrə, 140 (bir yüz qırx) manat, 01 (bir) qəpik cərimə, cəmi 3302 (üç min üç yüz iki) manat, 63 (altmış üç) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 53 (əlli üç) manat, 43 (qırx üç) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli 198nkNFT/22 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı 17 yanvar 2025-ci il tarixinədək, illik 18% ödəmək şərtilə 3504 (üç min beş yüz dörd) manat, məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür (ödəniş cədvəli tərtib olunub). Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borcalanın 09 iyun 2021-ci il tarixli 5745sAHM/21 saylı və 09 iyun 2021-ci il tarixli 3422sAHM/21 saylı kredit müqavilələri üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Müqaviləyə əsasən Bank Borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödəməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 01 dekabr 2023-cü il tarixinə 2697 (iki min altı yüz doxsan yeddi) manat, 39 (otuz doqquz) qəpik əsas, 465 (dörd yüz altmış beş) manat, 23 (iyirmi üç) qəpik faiz üzrə, 140 (bir yüz qırx) manat, 01 (bir) qəpik cərimə, cəmi 3302 (üç min üç yüz iki) manat, 63 (altmış üç) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 53 (əlli üç) manat, 43 (qırx üç) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 18 yanvar 2022-ci il tarixli 198nkNFT/22 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh X3 17 yanvar 2025-ci il tarixinədək illik 25% ödəmək şərtilə 3504 (üç min beş yüz dörd) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 01 dekabr 2023-cü il tarixli arayışından görünür ki, cavabdeh X2 18 yanvar 2022-ci il tarixli 198nkNFT/22 saylı kredit müqaviləsi üzrə 2697 (iki min altı yüz doxsan yeddi) manat, 39 (otuz doqquz) qəpik əsas, 465 (dörd yüz altmış beş) manat, 23 (iyirmi üç) qəpik faiz üzrə, 140 (bir yüz qırx) manat, 01 (bir) qəpik cərimə, cəmi 3302 (üç min üç yüz iki) manat, 63 (altmış üç) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli 198nkNFT/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 18 yanvar 2022-ci il tarixli 198nkNFT/22 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 140 (bir yüz qırx) manat, 01 (bir) qəpik məbləğində dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 53 (əlli üç) manat, 43 (qırx üç) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 18 yanvar 2022-ci il tarixli 198nkNFT/22 saylı kredit müqaviləsi üzrə 2697 (iki min altı yüz doxsan yeddi) manat, 39 (otuz doqquz) qəpik əsas, 465 (dörd yüz altmış beş) manat, 23 (iyirmi üç) qəpik faiz üzrə, cərimə 10 (on) manat, cəmi 3172 (üç min yüz yetmiş iki) manat, 62 (altmış iki) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 53 (əlli üç) manat, 43 (qırx üç) qəpik qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan bağlı hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-153/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-153/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver