Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1547/2023 30.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3010 (üç min on) manat, 09 (doqquz) qəpik əsas, 804 (səkkiz yüz dörd) manat, 16 (on altı) qəpik faiz üzrə, 131 (bir yüz otuz bir) manat, 62 (altmış iki) qəpik cərimə, cəmi 3946 (üç min doqquz yüz qırx altı) manat, 68 (altmış səkkiz) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 59 (əlli doqquz) manat, 87 (səksən yeddi) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 5337sNAR/21 saylı kredit müqaviləsinin 1.1 bəndinə əsasən iddiaçı “Bank” ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20.000 AZN məbləğədək krediti.ş kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komisyon haqqı tutmaqla “Borcalan”a verə bilər. Bank bu müqavilə müddətinin sonunadək həmin müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəsmiləşdirə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu müqavilə ilə müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin cari hesabına 21 dekabr 2021-ci il tarixinədək illik 26% olmaqla 3800 (üç min səkkiz yüz) manat məbləğində kredit köçürülmüşdür. Kredit məbləğinin ayrılması barədə borclunun mobil telefonuna göndərilmiş sms mətnin surəti işə əlavə edilmiş, həmçinin məbləğin ödəniş kartına köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası hesabdan çıxarışda əks olunmuşdur. Kredit müqaviləsinin 2.9-cu maddəsinə əsasən “Borcalan” kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə edə bilər. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Nəticədə cavabdehin 3010 (üç min on) manat, 09 (doqquz) qəpik əsas, 804 (səkkiz yüz dörd) manat, 16 (on altı) qəpik faiz üzrə, 131 (bir yüz otuz bir) manat, 62 (altmış iki) qəpik cərimə, cəmi 3946 (üç min doqquz yüz qırx altı) manat, 68 (altmış səkkiz) qəpik borcu yaranmışdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 59 (əlli doqquz) manat, 87 (səksən yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 25 may 2021-ci il tarixli, 5337sNAR/21 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı “Bank” ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20.000 AZN məbləğədək krediti.ş kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komisyon haqqı tutmaqla “Borcalan”a verə bilər. İş materiallarına əlavə olunmuş 01 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 5337sNAR/21 saylı kredit müqaviləsi üzrə 3010 (üç min on) manat, 09 (doqquz) qəpik əsas, 804 (səkkiz yüz dörd) manat, 16 (on altı) qəpik faiz üzrə, 131 (bir yüz otuz bir) manat, 62 (altmış iki) qəpik cərimə, cəmi 3946 (üç min doqquz yüz qırx altı) manat, 68 (altmış səkkiz) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 25 may 2021-ci il tarixli, 5337sNAR/21 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 25 may 2021-ci il tarixli, 5337sNAR/21 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 131 (bir yüz otuz bir) manat, 62 (altmış iki) qəpik məbləğində dəbbə pulu azadılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 59 (əlli doqquz) manat, 87 (səksən yeddi) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 may 2021-ci il tarixli, 5337sNAR/21 saylı kredit müqaviləsi üzrə 3010 (üç min on) manat, 09 (doqquz) qəpik əsas, 804 (səkkiz yüz dörd) manat, 16 (on altı) qəpik faiz üzrə, 10 (on) manat cərimə olmaqla, cəmi 3825 (üç min səkkiz yüz iyirmi beş) manat, 06 (altı) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 59 (əlli doqquz) manat, 87 (səksən yeddi) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1547/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1547/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver