Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-1552/2025 03.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, Tələbkar İddiaçı nümayəndəsi Vəkil borclu Cavabdeh qarşı alimentin indeksləşdirilməsi tələbinə dair ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: Tələbkar İddiaçı nümayəndəsi Vəkil borclu Cavabdeh qarşı alimentin indeksləşdirilməsi tələbinə dair ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə mülki iş kimi qeyd olunmuş, bundan başqa ərizəçi tələbkar kimi ərizədə qeyd edilmişdir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və tələbkar İddiaçı nümayəndəsi Vəkil ərizəinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra, məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Tələbkar İddiaçı nümayəndəsi Vəkil borclu Cavabdeh qarşı alimentin indeksləşdirilməsi tələbinə dair ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Tələbkar İddiaçı nümayəndəsi Vəkil izah edilsin ki, ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra, məhkəməyə müraciət etməyə mane olmur. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1552/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-1552/2025
03.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver