Məhkəmə qərarları › İş №e-2(018)-1568/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1568/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1568/2023 13.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə cilas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı ləğv prossesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Ülviyyə Xəlilova Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh ləğv prossesində olan İddiaçı ASC-nin xeyrinə 2727 (iki min yeddi yüz iyirmi yeddi) manat, 82 (səksən iki) qəpik əsas kredit borcu, 607 (altmış yeddi) manat, 25 (iyirmi beş) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2795 (iki min yeddi yüz doxsan beş) manat, 07 (yeddi) qəpik borcu və 48 (qırx səkkiz) manat, 42 (qırx iki) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli 104.LN.1675.300919.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 2727.82 (iki min yeddi yüz iyirmi yeddi manat səksən iki qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 2795.07 (iki min yeddi yüz doxsan beş manat yeddi qəpik) manat təşkil edir. Bundan 2727.82 (iki min yeddi yüz iyirmi yeddi manat səksən iki qəpik) manat əsas, 67.25 (altmış yeddi manat iyirmi beş qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 7.1.5-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdeh ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********734 saylı xx.xx.2023-cü il və **********328 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 48 (qırx səkkiz) manat, 42 (qırx iki) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 30 sentyabr 2019-cu il tarixli, 104.LN.1675.300919.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 2727.82 (iki min yeddi yüz iyirmi yeddi manat səksən iki qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 22 iyun 2023-cü tarixli arayışından görünür ki, Cavabdeh 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2727 (iki min yeddi yüz iyirmi yeddi) manat, 82 (səksən iki) qəpik əsas kredit borcu, 67 (altmış yeddi) manat, 25 (iyirmi beş) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2795 (iki min yeddi yüz doxsan beş) manat, 07 (yeddi) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, ləğv prossesində olan İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 104.LN.1675.300919.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınınn 2-3(103)-132/2020 saylı, 14 may 2020-ci il tarixli qərarının surətindən məlum olur ki, İddiaçı KB ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının tələb etdiyi 48 (qırx səkkiz) manat, 42 ( qırx iki) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 sentyabr 2019-cu il tarixli, 104.LN.1675.300919.00002 nömrəli kredit müqaviləsi üzrə 2727 (iki min yeddi yüz iyirmi yeddi) manat, 82 (səksən iki) qəpik əsas kredit borcu, 67 (altmış yeddi) manat, 25 (iyirmi beş) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2795 (iki min yeddi yüz doxsan beş) manat, 07 (yeddi) qəpik borcu və 48 (qırx səkkiz) manat, 42 ( qırx iki) qəpik ödənilmiş dövlət rüsumu alınıb iddiaçı ləğv prossesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar