Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1586/2023 26.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə Cavabdeh qarşı «pul tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTKR462525220A299 saylı kredit müqaviləsinə əsasən 1501.97 AZN əsas; 183.53 AZN faiz; cəmi 1685.5 AZN borcu, xx.xx.2022-ci il tarixli BBLK4795056A176 saylı kredit kartına dair müqaviləyə əsasən 887.09 AZN əsas; 206.56 AZN faiz; cəmi 1093.65 AZN borcun, ümumilikdə 2779.15 AZN borcun və ödənilmiş 47.79 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü i! tarixli BRCB0223723B2S9saylı Kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1400 AZN məbləğində kredi verilmişdir. Daha dəqiq desək kredit nəäd qaydada devil. cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1501.97 AZN əsas; 183.53 AZN faiz; cəmi 1685.5 AZN borcu, xx.xx.2023-cü il tarixli kredit kartına dair müqaviləyə əsasən 887.09 AZN əsas; 206.56 AZN faiz; cəmi 1093.65 AZN borcun, ümumilikdə 2779.15 AZN borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 49(qırx doqquz) manat, 92(doxsan iki) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 35 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 2517 AZN məbləğində kredit verilmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə, 25 faiz dərəcəsi 1400 AZN manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR462525220A299 Saylı kredit müqaviləsinə əsasən 1501.97 AZN əsas; 183.53 AZN faiz; cəmi 1685.5 AZN borcu, xx.xx.2022-ci il tarixli BBLK4795056A176 saylı kredit kartına dair müqaviləyə əsasən 887.09 AZN əsas; 206.56 AZN faiz; cəmi 1093.65 AZN borcu, ümumilikdə 2779.15 AZN borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47 (qırx yeddi) manat 79 qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTKR462525220A299 saylı kredit müqaviləsinə əsasən 1501 (min beş yüz bir) manat 97 qəpik əsas borc; 183 (yüz səksən üç) manat 53 qəpik faiz; cəmi 1685 (min altı yüz səksən beş) manat 50 qəpik borc, xx.xx.2022ci il tarixli BBLK4795056A176 saylı kredit kartına dair müqaviləyə əsasən 887(səkkiz yüz səksən yeddi) manat 09 dəpik əsas; 206 (iki yüz altı) manat 56 qəpik faiz; cəmi 1093 (min doxsan üç) manat 65 qəpik borc, ümumilikdə 2779 (iki min yeddi yüz yetmiş doqquz) manat 15 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 47 (qırx yeddi) manat 79 qəpik məbləğdə pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1586/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1586/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver