Məhkəmə qərarları › İş №e-2(018)-1596/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1596/2023

21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1596/2023 21.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “ziyan tələbi barədə” kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin nümayəndəsi Ələkbər Zeynalov məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2497 (iki min dörd yüz doxsan yeddi) manat, 97 (doxsan yeddi) qəpik və mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2020-ci il tarixli əmək müqaviləsi ilə cavabdeh üç ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. 24 dekabr 2020-ci il tarixli, 806 nömrəli əmrlə administrator vəzifəsinə keçirilmiş və tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. 08 sentyabr 2022-ci il tarixli, 458 nömrəli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 01 avqust 2022-ci il tarixdə “Oba 3 MKR 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində cavabdehin Cəmiyyətə zərər vurulması müəyyən edilmiş, həmin tarixdə “İnventarizasiya nəticələri”-nə dair aktlara əsasən yekun ziyan məbləği 4229 manat, 63 qəpik məbləğində zərər vurulması məlum olmuşdur. Maliyyə arayışına əsasən çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş 01 may 2020-ci il tarixli, 238 nömrəli əmrin çıxarışından görünür ki, Cavabdeh 01 may 2020-ci il tarixdən etibarən satıcı-kassir vəsizəfinə qəbul olunmuş və həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. Mülki işə əlavə edilmiş 24 dekabr 2020-ci il tarixli, 806 nömrəli əmək müqaviləsindən görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmiş və tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. Mülki işə əlavə edilmiş iltizamnamədən görünür ki, Oba market mağazasında yoxlama zamanı 4229 manat, 63 qəpik məbləğində əksik kənarlaşma aşkar olunmuşdur. Mülki işə əlavə edilmiş imtina aktından görünür ki, Cavabdeh iştirakı ilə 01 avqust 2022-ci il tarixli vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, araşdırmanın nəticələri ilə tanış olamamış, heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonra heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (4229 manat, 63 qəpik) yaranması səbəbi barədə izahat verməkdən imtina etmişdir. Mülki işə əlavə edilmiş 08 sentyabr 2022-ci il tarixli, 458 nömrəli əmrin çıxarışından görünür ki, Cavabdeh Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müdddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. Mülki işə əlavə edilmiş 22 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 01 avqust 2022-ci il tarixində 4229 manat, 63 qəpik çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq güzəştlər edilmişdir. Beləliklə, Cavabdeh 22 may 2023-cü il tarixinə İddiaçı MMC-ə ümumi borcu 2497 (iki min dörd yüz doxsan yeddi) manat, 97 (doxsan yeddi) qəpik təşkil edir. Mülki işə əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2497 (iki min dörd yüz doxsan yeddi) manat, 97 (doxsan yeddi) qəpik borcu olduğu barədə bildirilmişdir. Mülki işə əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 31 avqust 2023-cü il tarixində saat 14:00-da keçirilməli olan ilkin mediasiya sessiyasında Oba Market” MMC-nin nümayəndəsi iştirak etmişdir. Oba Market” MMC tərəfindən 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh müqavilə əsasında İddiaçı mağazasında satıcı-kassir, sonradan administrator vəzifəsində çalışmış, çalışdığı dövr ərzində tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. Cavabdeh mağazada işlədiyi müddət ərzində yoxlama zamanı 4229 manat, 63 qəpik məbləğində əksik kənarlaşma aşkar olunmuşdur. 22 may 2023-cü il tarixli arayışa əsasən Cavabdeh ilə bağlı yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 01 avqust 2022-ci il tarixində 4229 manat, 63 qəpik çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq güzəştlər edilmişdir. Beləliklə, Cavabdeh 22 may 2023-cü il tarixinə İddiaçı MMC-ə ümumi borcu 2497 (iki min dörd yüz doxsan yeddi) manat, 97 (doxsan yeddi) qəpik təşkil etdiyi müəyyən edilmiş və cavabdehə bu barədə xəbərdarlıq məktubu göndərilsə də, sonuncu borcu ödəməkdən yayınmışdır. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya ziyan vurması aşkar olmaqla, onun əməlinin qanunazidd olması və qanunazidd əməli ilə nəticəsi arasında səbəbli əlaqə olması işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, İddiaçı MMC Cavabdeh dəymiş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 191.2-ci maddəsinin “a” bəndinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Ona görə də, mediasiya xərci cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «ziyan tələbi barədə» iddiası təmin edilsin. Cavabdeh 2497 (iki min dörd yüz doxsan yeddi) manat, 97 (doxsan yeddi) qəpik məbləğindəki pul alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğindəki mediasiyaya dair xərc Cavabdeh alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar