Məhkəmə qərarları › İş №e-2(018)-1613/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-1613/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-1613/2024 23.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi ilə, Borclu İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 21 iyul 2015-ci il tarixli məhkəmə əmrindən vermiş etiraza baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor CavabdehSC məhkəməyə ərizə təqdim edərək borclular X2, X4, X3 və X1 "xxxx"ASC -nin xeyrinə 13864.24 ABŞ dolları əsas, 1787 ABŞ dolları faiz borcu, 50.24 ABŞ dolları penya olmaqla, ümumilikdə 15701.68 ABŞ dolları məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 21 iyul 2015-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Hazırda borclu İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 21 iyul 2015-ci il tarixli məhkəmə əmrinin ləğv olunaraq işə iddia icraatı qaydasında baxılmasını xahiş edir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmənin sözügedən əmri 24 iyul 2015-ci il tarixdə Əhmədova (İsayeva) Milana Ağamoğlan qızına çatdırılmışdır. Həmçinin, Əhmədova (İsayeva) Milana Ağamoğlan qızı əmrin ləğvi üçün əsas olaraq cavabdehlərin məhkəmə iclasında dindirilməməsini və məhkəmə əmri verilərkən Lənkəran ağır cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli Hökmünün nəzərə alınmadığını gətirmişdir. Məhkəmə iş materallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 21 iyul 2015-ci il tarixli məhkəmə əmri lazımi qaydada borcluya çatdırılmış, borclu məhkəmə əmrindən məlumatlı olmuş, qanunvericilkdə nəzərdə tutulmuş müddətdə əmrin ləğv edilməsi ilə bağlı etirazla məhkəməyə müraciət etməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü isə 2019-cu ildə çıxarılmışdır ki, məhkəmə 2015-ci ildə bunu nəzərə ala bilməzdi. Həmçinin, borcluların həmin hökm üzrə zərərçəkmiş kimi tanınması, sözgedən məhkəmə əmrinin ləğvi üçün əsas deyil də, həmin hökmlə təqsirləndirilən şəxslərə qarşı zərərin ödənilməsi ilə bağlı mülki iddia verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 279-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A RA A L D İ: Borclu İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 21 iyul 2015-ci il tarixli məhkəmə əmrindən vermiş etiraz təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar