Məhkəmə qərarları › İş №e-2(018)-1614/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-1614/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-1614/2024 23.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin sədrliyi ilə, X1 Astara Rayon Məhkəməsinin 2(018)-1846/2015 saylı, 26 oktyabr 2015-ci il tarixli məhkəmə əmrindən vermiş etiraza baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor CavabdehSC məhkəməyə ərizə təqdim edərək borclular X10, X11, X7,X15 və X2 CavabdehSC -nin xeyrinə 8439.10 AZN əsas, 1167,70 AZN faiz borcu, 998,10 AZN penya olmaqla, ümumilikdə 10604.90 AZN məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1846/2015 saylı, 26 oktyabr 2015-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Hazırda borclu X7 məhkəməyə ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)-1846/2015 saylı, 26 oktyabr 2015-ci il tarixli məhkəmə əmrinin ləğv olunaraq işə iddia icraatı qaydasında baxılmasını xahiş edir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, məhkəmənin sözügedən əmri tərəflərə göndərilmişdir. Həmçinin, X7 əmrin ləğvi üçün əsas olaraq cavabdehlərin məhkəmə iclasında dindirilməməsini və məhkəmə əmri verilərkən Lənkəran ağır cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli Hökmünün nəzərə alınmadığını gətirmişdir. Məhkəmə iş materallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, Astara Rayon Məhkəməsinin 2(018)-1846/2015 saylı, 26 oktyabr 2015-ci il tarixli məhkəmə əmri lazımi qaydada borcluya çatdırılmış, borclu məhkəmə əmrindən məlumatlı olmuş, qanunvericilkdə nəzərdə tutulmuş müddətdə əmrin ləğv edilməsi ilə bağlı etirazla məhkəməyə müraciət etməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü isə 2019-cu ildə çıxarılmışdır ki, məhkəmə 2015-ci ildə bunu nəzərə ala bilməzdi. Həmçinin, borcluların həmin hökm üzrə zərərçəkmiş kimi tanınması, sözgedən məhkəmə əmrinin ləğvi üçün əsas deyil də, həmin hökmlə təqsirləndirilən şəxslərə qarşı zərərin ödənilməsi ilə bağlı mülki iddia verilməsi üçün əsasdır. Bundan başqa iş materiallarında olan Cavabdeh ASC-nin Lənkəran filalından verilmiş 08 iyun 2020-ci il tarixli məktubndan görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-1846/2015 saylı, 26 oktyabr 2015-ci il tarixli icra sənədi üzrə borc tam bağlanmış və borclular həmin icra sənədi üzrə bank qarşısında heç bir öhdəlilkləri qalmamışdır. İş materiallarında olan Astara Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 06 noyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, borclular X10, X11, X7, X15 və X5 Cavabdeh ASC-yə borclarını ödədikləri üçün icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikasının MPM-in 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 279-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A RA A L D İ: X1 Astara Rayon Məhkəməsinin 2(018)-1846/2015 saylı, 26 oktyabr 2015-ci il tarixli məhkəmə əmrindən vermiş etiraz təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəxtiyar Məmmədov İş № 2(011)-2228/2020 MƏHKƏMƏDƏN KƏNAR PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 04 fevral 2020-ci il Bakı şəhəri X18 Mirsiyaf oğlunu sədrliyi, Behbudov Elşən Vahid oğlunun katibliyi ilə, Məhkəmə iclası saat 16:10-da açılır. Sədrlik edən borclu X6 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1952/2013 saylı 11 aprel 2013-cü il tarixli məhkəmə əmrindən vermiş etiraza baxaraq məhkəmədən kənar prosessual hərəkət etdi. Sədrlik edən məruzə edərək bildirir ki, kreditor "xxxx" ASC məhkəməyə ərizə təqdim edərək borclu X4 "xxxx"ASC -nin xeyrinə 2215,34 manat məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1952/2013 saylı 11 aprel 2013-cü il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Hazırda borclu X8 məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1952/2013 saylı 11 aprel 2013-cü il tarixli məhkəmə əmrinin ləğv olunaraq işə iddia icraatı qaydasında baxılmasını xahiş edir. Sədrlik edən müşavirə otağına gedir. Qayıtdıqdan sonra qərardadı elan edir. Məhkəmə iclası saat 16:20-də bağlı elan edilir. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar