Məhkəmə qərarları › İş №e-2(018)-1616/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1616/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1616/2023 27.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X2, İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbijan” MM QBKT-nın Məhkəmə işləri üzrə hüquqşunası Ramil Heydərov cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «borc tələbinə dair» iddia verərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dan müştərək qaydada əsas borc üzrə 462 (dörd yüz altmış iki) manat , faiz borc üzrə 21 (iyirmi bir) manat 52 (əli iki) qəpik, cərimə borcuna görə 287 (iki yüz səksən yeddi) manat 06 (altı) qəpik, cəmi 770 (yeddi yüz yetmiş) manat 58 (əlli səkkiz) qəpik məbləğində borcun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MM QBKT ilə cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********0330 saylı, kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 28% dərəcəsi olmaqla 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-*******, **********0***-******* saylı zaminlik müqavilələri üzrə Cavabdeh2 və X5 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 15 dekabr 2022ci il tarixində olan Maliyyə arayışına əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nun əsas borc üzrə 462 (dörd yüz altmış iki) manat , faiz borcuna görə 21 (iyirmi bir) manat 52 (əli iki) qəpik, cərimə borcuna görə 287 (iki yüz səksən yeddi) manat 06 (altı) qəpik, cəmi 770 (yeddi yüz yetmiş) manat 58 (əlli səkkiz) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MM QBKTnın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 ilə İddiaçı MM QBKT arasında bağlanılmış xx.xx.2021-ci il tarixli **********0330 saylı kredit müqaviləsindən görünür ki, 3000 (üç min) manat məbləği illik 28% dərəcəsi olmaqla və 24 ay müəyyən olunmuş və borc alan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, **********0***-*******, **********0***- ******* saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli **********0330 saylı kredit müqaviləsi üzrə kredit alan ilə birgə kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 462 (dörd yüz altmış iki) manat əsas borc, 21 (iyirmi bir) manat 52 (əli iki) qəpik faiz borcu və 287 (iki yüz səksən yeddi) manat 06 (altı) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 770 (yeddi yüz yetmiş) manat 58 (əlli səkkiz) qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, müştərək qaydada, 462 (dörd yüz altmış iki) manat əsas borc, 21 (iyirmi bir) manat 52 (əli iki) qəpik faiz borcu, 2 (iki) manat 06 (altı) qəpik cərimə borcu, ümumilikdə cəmi 485 (dörd yüz səksən beş) manat 58 (əlli səkkiz) qəpik pul və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul tutulub İddiaçı MM QBKT-nın xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar