Məhkəmə qərarları › İş №e-2(018)-188/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-188/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-188/2025 14.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin miras payı həcmində iddiaçı "xxxx" ASC-nin 2459 (iki min dörd yüz əlli doqquz) manat 14 (on dörd) qəpik borcun, ödənilmiş 44 (qırx dörd) manat 60 (altmış) qəpik dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 Emin qızı məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək işə iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********81 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 42 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 3000 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş 2459.14 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 44.60 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin miras payı həcmində iddiaçı "xxxx" ASC-nin 2459.14 manat borc, ödənilmiş 44.60 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli BPM**********81 nömrəli kredit müqaviləsindən görünür ki, X4 ilə kredit müqaviləsi bağlanmış, illik 24% (iyirmi dörd faiz) ödənilməsi şərti ilə 15000 (on beş min) manat kredit xətti ayrılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli BPM**********81 nömrəli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, X3 42 ay müddətinə, illik 20% (iyirmi faiz) ödənilməsi şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmiş və aylar üzrə ödəniş məbləği müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixli BPM**********81 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun məbləği və ödənilmədiyi halda görüləcək tədbirlər barədə Cavabdeh1 və Cavabdeh2 məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli BPM**********81 nömrəli kredit müqaviləsi üzrə 2459 (iki min dörd yüz əlli doqquz) manat 14 (on dörd) qəpik ödənilməmiş əsas borc vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2V-936 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 və Cavabdeh2 X2 vərəsələri kimi müyyən edilmiş və onların hər biri miras əmlakdan ½ irs almalıdır. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Cavabdeh1 etiraz ərizəsindən görünür ki, məhkəmə bildirişini xx.xx.2024-cü il tarixda poçt vasitəsilə almışdır. İddiaçı "Azərbaycan Beynəlxalq Bank” ASC iddia müddətini ötürmüşdür. Ona görə də iddia tələbi təmin edilə bilməz və işin iddia icraatına keçilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AZİİ 147124 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci ildə tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC iddia ərizəsinə görə 44 (qırx dörd) manat 60 (altmış) qəpik dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X2 qanun üzrə vərəsələri hesab edilmişdir. Cavabdehlər X2 kreditorları qarşısında özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu olduqlarından göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdehlər kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmalarına dair vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, hər birinin miras payı ½ həcmində, 2459 (iki min dörd yüz əlli doqquz) manat 14 (on dörd) qəpik əsas borc və dövlət rüsumu üçün ödənilmiş 44 (qırx dörd) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti və 40 (qırx) qəpik xidmət haqqı tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, hər birinin miras payı ½ həcmində, 2459 (iki min dörd yüz əlli doqquz) manat 14 (on dörd) qəpik əsas borc və dövlət rüsumu üçün ödənilmiş 44 (qırx dörd) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti və 40 (qırx) qəpik xidmət haqqı tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar