Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-208/2024 30.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «Kredit borcunun qaytarılması barədə» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə «Kredit borcunun qaytarılması barədə» iddia verərək, 11 iyui 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)110719-01 nömrəli kredit müqaviləsi üzrə cəmi 678.46 (altı yüz yetmiş səkkiz manat 46 qəpik) manat məbləğində borcun-bundan 652.86 (altı yüz əlli iki manat 86 qəpik) manat əsas, 25.60 (iyirmi beş manat 60 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialı ilə Cavabdeh oğiu arasında bağlanmış 11 iyul 2019- cu il tarixli MBNP ***-*******FİMSA(B)110719- 01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəs ilə 652.86 (altı yüz əlli iki manat 86 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 08 oktyabr 2021-ci il tarixlii **********845 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh 11 İpi 2019-cu i! tarixli MBNP ***- *******FİMSA(B)110719-Q nömrəli kredit müqaviləsi üzrə 13 iyun 2023-cü il tarixə banka ödənilməmiş cəmi 678.46 (altı yüz yetmiş səkkiz manat 46 qəpik) manat borcu vardsr. Bundan 652,86 (altı yüz əili iki manat 86 qəpik) manat əsas və 25.60 (iyirmi beş manat 60 qəpik) manat faiz borcu təşkil edir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğvedici təyin edilmişdir. Mülki işə əlavə edilmiş məxaric qəbzindən görünür ki, iddiaçı LPO "xxxx" ASC-adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 11 iyul 2019- cu il tarixli MBNP ***-*******FİMSA(B)110719-01 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh oğuna 60 ay müddətinə illik 01% dərəcəsi ilə 652.86 AZN məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh oğunun 11 iyul 2019- cu il tarixli MBNP ***-*******FİMSA(B)110719-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə 11 iyui 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)110719-01 nömrəli kredit müqaviləsi üzrə cəmi 678.46 (altı yüz yetmiş səkkiz manat 46 qəpik) manat məbləğində borcun-bundan 652.86 (altı yüz əlli iki manat 86 qəpik) manat əsas, 25.60 (iyirmi beş manat 60 qəpik) manat faiz borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, 11 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)110719-01 saylı kredit müqaviləsi üzrə cavabdehə öz üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədikdən sonuncuya Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh, 11 iyui 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)110719-01 nömrəli kredit müqaviləsi üzrə 652.86 (altı yüz əlli iki manat 86 qəpik) manat əsas, 25.60 (iyirmi beş manat 60 qəpik) manat faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub, iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-208/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-208/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver