Məhkəmə qərarları › İş №e-2(018)-212/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-212/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-212/2025 13.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqaviləsi üzrə olan 7000 (yeddi min) manat və dövlət rüsumu olaraq ödədiyi 90 (doxsan) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirakları mümkün olmadığından iştirakları olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə aralarında 12 iyun 2024-cü il tarixli borc müqaviləsinə əsasən tərəfindən cavabdehə 7000 manat borc pul verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh 30 avqust 2024-cü ilədək pulu ödəməyi öhdəsinə götürmüşdür. Borc müqaviləsi Bakı şəhər 4 saylı Asan Xidmət Mərkəzində Notariat ofisində rəsmləşdirilmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilmir. Dəfələrlə xəbərdarlıq etdiyimə baxmayaraq müxtəlif bəhanələr gətirərək ödənişi ödəməkdən yayınır. Tərəfindən müqavilə tələbinə əsasən xx.xx.2024-cü il tarixndə pretenziya göndərilmişdir. Lakin cavabdeh aldığı borcu yenə də qaytarmamışdır. Cavabdehlə şəxsi tanışlığıma görə neçə müddətdir gözləmişdir. Hazırda özü maddi sıxıntı içərisindədir. Onunla pulun qaytarılması barədə danışıqları heç bir nəticə vermədiyindən pulun alınması tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh borc müqaviləsi üzrə olan 7000 manat və dövlət rüsumu olaraq ödədiyi 90 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 7000 (yeddi min) manat pul borc vermiş, həmin borcu xx.xx.2024-cü il tarixədək geri qaytarmağı Cavabdeh öz öhdəsinə götürmüşdür. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan 7E-16647 reyestr nömrəli etibarnamə sənədinin surətindən məlum olur ki, İddiaçı etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsini xx.xx.2029-cu il tarixədək Vəkil etibar etmişdir. İş materiallarında olan ******* nömrəli vəkil orderinin surətindən məlum olur ki, Şəfiyeva X1 Elnur Razim oğluna hüquqi yardım göstərir. İş materiallarında olan **********39 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edilməsi üçün 90 (doxsan) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh 7000 (yeddi min) manat borc pul vermiş, həmin borc məbləği Cavabdeh tərəfindən geri qaytarılmamışdır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 7000 (yeddi min) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 90 (doxsan) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 90 (doxsan) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar