Məhkəmə qərarları › İş №e-2(018)-249/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-249/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-249/2024 29.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdeh X3 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə» dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Əmanətlərin Sığortalanması fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 1193 (bir min bir yüz doxsan üç) manat, 88 (səksən səkkiz) qəpik məbləğində əsas borc, 172 (bir yüz yetmiş iki) manat, 72 (yetmiş iki) qəpik müqavilə müddəti üçün hesablanmış, və tələb olunan faizlər, 1207 (bir min iki yüz yeddi) manat, 86 (səksən altı) qəpik cərimə borcu, 479 (dörd yüz yetmiş doqquz) manat, 91 (doxsan bir) qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 3054 (üç min əlli dörd) manat, 37 (otuz yeddi) qəpik məbləğində pulun, 50 (əlli) manat, 55 (əlli beş) qəpik məbləğində dövlət rüsumunun ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Əmanətlərin Sığortalanması fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çox olması səbəbindən mülki işə baxılmasında iştirak edə bilməməsini göstərib, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı Əmanətlərin Sığortalanması fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə imzaladığı iddia ərizəsindən məlum olur ki, "xxxx" KB QSC ilə cavabdeh X4 arasında 18 fevral 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/58894/14 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişlər və bunun nəticəsində cavabdehin banka 1193 (bir min bir yüz doxsan üç) manat, 88 (səksən səkkiz) qəpik məbləğində əsas borc, 172 (bir yüz yetmiş iki) manat, 72 (yetmiş iki) qəpik müqavilə müddəti üçün hesablanmış, və tələb olunan faizlər, 1207 (bir min iki yüz yeddi) manat, 86 (səksən altı) qəpik cərimə borcu, 479 (dörd yüz yetmiş doqquz) manat, 91 (doxsan bir) qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 3054 (üç min əlli dörd) manat, 37 (otuz yeddi) qəpik məbləğində borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarının surətindən görünür ki, ərizəçi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının "xxxx" KB QSC-nin iflas prosedurunun başlanması tələbinə dair ərizəsi təmin edilmiş, "xxxx" KB QSC müflis elan edilmiş, iflas proseduru başlanılmış və Əmanətlərin Sığortalanması fondu "xxxx" KB QSC-nin ləğvedicisi təyin edilmişdir. Qərar dərhal icraya yönəldilmişdir. Mülki işə əlavə edilmiş 18 fevral 2014-cü il tarixli, 1xx/xx/58894/14 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" KB QSC X3 illik 25 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit vermişdir. Mülki işə əlavə edilmiş 11 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 18 fevral 2014-cü il tarixli, 1xx/xx/58894/14 nömrəli kredit müqaviləsi üzrə X2 11 may 2023-cü il tarixinə "xxxx" KB QSC-yə 1193 (bir min bir yüz doxsan üç) manat, 88 (səksən səkkiz) qəpik məbləğində əsas borc, 172 (bir yüz yetmiş iki) manat, 72 (yetmiş iki) qəpik müqavilə müddəti üçün hesablanmış, və tələb olunan faizlər, 1207 (bir min iki yüz yeddi) manat, 86 (səksən altı) qəpik cərimə borcu, 479 (dörd yüz yetmiş doqquz) manat, 91 (doxsan bir) qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 3054 (üç min əlli dörd) manat, 37 (otuz yeddi) qəpik məbləğində kredit borcu qalmışdır. Mülki işə əlavə edilmiş bildirişlərdən görünür ki, X4, X5 və Quluzadə Fərid Qafur oğluna kredit müqaviləsi üzrə "xxxx" KB QSC-yə borcunun olması ilə bağlı xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 425, 427, 439, 442, 448, 462, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır, lakin dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliklərinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi 1207 (bir min iki yüz yeddi) manat, 86 (səksən altı) qəpik cərimə borcu məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu 100 (bir yüz) manat müəyyən edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, bank faizlər üzrə hesablamanı düzgün aparmışdır. Belə ki, maliyyə arayışından da görünür ki, bank faizləri müqavilə müddətində hesablamış və müqavilə müddəti bitdikdən sonra isə Mülki Məcəllədə nəzərdə tutulmuş 5 %-lə hesablama aparılmışdır. Bank müqavilə müddəti bitdikdən sonra yalnız Azərbaycan Respublikası MM-də müəyyən edilmiş miqdarda faiz hesablaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarında qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə mövqeyi ondan ibarət olmuşdur ki, müqavilədə nəzərdə tutulan faiz məbləği müqavilə müddətinə hesablanmalıdır. Bundan sonrakı müddət ərzində iddiaçı bank vurulmuş zərəri-real zərəri və əldən çıxmış faydanı tələb etməlidir. İş materiallarından məlum olur ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitlərini cavabdeh X3 vermişdir. Lakin cavabdeh və kredit müqaviləsi üzrə zaminlər kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır, lakin cərimə tənasübsüz surətdə yüksək olduğu üçün iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında həmçinin o, da aydın oldu ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan hazırkı mülki iş üzrə müəyyən edilən iddia müddətinin son günü 18 avqust 2018-ci il tarixdə olmuşdur. İddiaçı Əmanətlərin Sığortalanması fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə imzaladığı iddia ərizəsi 08 yanvar 2024-cü il tarixdə Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı Məhkəməyə müraciət etmək üçün iddia müddətini buraxmış və iddia müddətinin üzürlü səbəbdən buraxılmasına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ancaq cavabdeh X4 isə məhkəmə iclaslarına gəlməmiş və iddia müddətinin tətbiq edilməsini tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ödənilməsi müəyyən edilmiş 50 (əlli) manat, 55 (əlli beş) qəpik dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi və iddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun 30 (otuz) manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (Əmanətlərin Sığortalanması fondunun) cavabdeh X3 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə» dair iddiası qismən təmin edilsin. Cavabdeh X4, X5 və Quluzadə Fərid Qafur 1193 (bir min bir yüz doxsan üç) manat, 88 (səksən səkkiz) qəpik məbləğində əsas borc, 172 (bir yüz yetmiş iki) manat, 72 (yetmiş iki) qəpik müqavilə müddəti üçün hesablanmış, və tələb olunan faizlər, 100 (bir yüz) manat cərimə borcu, 479 (dörd yüz yetmiş doqquz) manat, 91 (doxsan bir) qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1946 (bir min qırx altı) manat, 51 (əlli bir) qəpik məbləğində kredit borcu, ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilsin. İddia tələbi cərimə ilə bağlı 1107 (bir min bir yüz yeddi) manat, 86 (səksən altı) qəpik hissəsində və dövlət rüsumunun 20 (iyirmi) manat, 55 (əlli beş) qəpik hissəsində qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar