Məhkəmə qərarları › İş №e-2(018)-295/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-295/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-295/2024 01.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi tələbinə dair» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair» məhkəmədə iddia qaldırmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04 fevral 2022-ci il tarixli GTGK4764639A176 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 19 faiz olmaqla 5830 manat kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borc alan krediti qəbul etməyi və kredit üzrə hesablanacaq faizləri hər ay banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və nəticədə oların İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsi üzrə 4691,71 (dörd min altı yüz doxsan bir manat, yetmiş bir qəpik) manat əsas borc və 386,22 (üç yüz səksən altı manat, iyirmi iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5077,93 (beş yetmiş yeddi yeddi manat, doxsan üç qəpik) manat borcu yaranmışdır. Qeyd edilən xüsüsatları əsas gətirərək, Cavabdeh 4691,71 (dörd min altı yüz doxsan bir manat, yetmiş bir qəpik) manat əsas borc və 386,22 (üç yüz səksən altı manat, iyirmi iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5077,93 (beş yetmiş yeddi yeddi manat, doxsan üç qəpik) manat məbləğində pul və 70,78 (yetmiş manat, yetmiş səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələblərini müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxaraq iddialarının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddiaya baxaraq, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə aşağıda qeyd olunan sənədləri sübut növü kimi qəbul edir:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2022-ci il tarixli GTGK476639A176 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 19 faiz ödənilməsi şərtilə, 60 ay müddətinə 5830 manat məbləğində kredit vermişdir.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh banka 04 fevral 2022-ci tarixli, GTGK4764639A176 nömrəli kredit müqaviləsi üzrə 4691,71 (dörd min altı yüz doxsan bir manat, yetmiş bir qəpik) manat əsas borc və 386,22 (üç yüz səksən altı manat, iyirmi iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5077,93 (beş yetmiş yeddi yeddi manat, doxsan üç qəpik) manat məbləğində pul borcu vardır.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar etmişdir.

4. Ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 70,78 (yetmiş manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə baxışında müəyyən olunmuş faktiki hallarından bir daha aydın olur ki, bank kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirmiş, lakin cavabdeh öz öhdəliklərinin vaxtında və lazımi qaydada icrasından yayınmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni zamanda, həmin Məcəllənin 386.1-ci maddəsində qeyd olunur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bank borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verir, borcalan isə üzərinə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməyə dair pul öhdəliyi götürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş və beləliklə də, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4691,71 (dörd min altı yüz doxsan bir manat, yetmiş bir qəpik) manat əsas borc və 386,22 (üç yüz səksən altı manat, iyirmi iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5077,93 (beş yetmiş yeddi yeddi manat, doxsan üç qəpik) manat borcu yaranmışdır. İşin sadalanan hallarını əsas götürən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 4691,71 (dörd min altı yüz doxsan bir manat, yetmiş bir qəpik) manat əsas borc və 386,22 (üç yüz səksən altı manat, iyirmi iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5077,93 (beş yetmiş yeddi yeddi manat, doxsan üç qəpik) manat məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 70,78 (yetmiş manat, yetmiş səkkiz qəpik) manat pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 4691,71 (dörd min altı yüz doxsan bir manat, yetmiş bir qəpik) manat əsas borc və 386,22 (üç yüz səksən altı manat, iyirmi iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5077,93 (beş yetmiş yeddi yeddi manat, doxsan üç qəpik) manat məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 70,78 (yetmiş manat, yetmiş səkkiz qəpik) manat pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar