Məhkəmə qərarları › İş №e-2(018)-332/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-332/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-332/2025 16.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin hüquq şöbəsinin müdiri Əliəsgər Axundov Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh əsas borcu 2944,53 (iki min doqquz yüz qırx dörd manat,əlli üç qəpik) manat, cərimə borcu 441,68 (dörd yüz qırx bir manat,altmış səkkiz qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 54,26 (əlli dörd manat,iyirmi altı qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 3440,47 (üç min dörd yüz qırx manat,qırx yeddi qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 183-EMB-0562-23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 13 ay müddətinə 3827 (üç min səkkiz yüz iyirmi yeddi) manat kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun iddiaçıya 2944,53 (iki min doqquz yüz qırx dörd manat, əlli üç qəpik) manat əsas məbləğ üzrə, 441,68 (dörd yüz qırx bir manat, altmış səkkiz qəpik) manat cərimə üzrə, cəmi 3386,21 (üç min üç yüz səksən altı manat, iyirmi bir qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 54,26 (əlli dörd manat, iyirmi altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 183-EMB-0562-23 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 13 ay müddətinə 3827 (üç min səkkiz yüz iyirmi yeddi) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 183-EMB-0562-23 saylı kredit müqaviləsi üzrə 2944,53 (iki min doqquz yüz qırx dörd manat,əlli üç qəpik) manat əsas məbləğ üzrə, 441,68 (dörd yüz qırx bir manat,altmış səkkiz qəpik) manat cərimə üzrə, cəmi 3386,21 (üç min üç yüz səksən altı manat, iyirmi bir qəpik) manat borcu vardır. İş materiallarına əlavə olunmuş son xəbərdarlıq məktubundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 183-EMB-0562-23 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 183-EMB-0562-23 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 441,68 (dörd yüz qırx bir manat,altmış səkkiz qəpik) manat məbləğində dəbbə pulu azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 54,26 (əlli dörd manat,iyirmi altı qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 183-EMB-0562-23 saylı kredit müqaviləsi üzrə 2944,53 (iki min doqquz yüz qırx dörd manat,əlli üç qəpik) manat əsas məbləğ üzrə, 20 (iyirmi) manat cərimə üzrə, cəmi 2964,53 (iki min doqquz yüz altmış dörd manat, əlli üç qəpik) və ödənilmiş 54,26 (əlli dörd manat,iyirmi altı qəpik) dövlət rüsumu alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar