Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-346/2024 02.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi, hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “Borcun alınması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsi Cavabdeh1 və Cavabdeh2 qarşı “Borcun alınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada Banka olan 9990 (doqquz min doqquz yüz doxsan) manat, 13 (on üç) qəpik əsas, 787 (yeddi yüz səksən yeddi) manat, 86 (səksən altı) qəpik faiz borcu olmaqla, cəmi 10777 (on min yeddi yüz yetmiş yeddi) manat, 99 (doxsan doqquz) qəpik məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 122 (yüz iyirmi iki) manat, 73 (yetmiş üç) qəpik məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsinin imzaladığı iddia ərizəsindən məlum olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 15% dərəcəsi, 36 ay müddətinə 14300 (on dörd min üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, 1083072/28406 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 10 yanvar 2024-cü il tarixə Səhmdar Cəmiyyətinə 9990 (doqquz min doqquz yüz doxsan) manat, 13 (on üç) qəpik əsas, 787 (yeddi yüz səksən yeddi) manat, 86 (səksən altı) qəpik faiz borcu olmaqla, cəmi 10777 (on min yeddi yüz yetmiş yeddi) manat, 99 (doxsan doqquz) qəpik məbləğində cərimə borcu qalmışdır. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddia tələbini qəbul edir. Belə ki, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 07 iyun 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən ona illik 15% dərəcəsi, 36 ay müddətinə 14300 (on dörd min üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, 1083072/28406 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. O, daimi işi olmasına görə ilk əvvəl kredit borcunu ödəmiş, ancaq sonra işdən çıxmasına görə borcunu ödəyə bilməmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsindən və məxaric orderindən məlum olur ki, Cavabdeh1 illik 15% dərəcəsi olmaqla, 36 ay müddətinə 14300 (on dörd min üç yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli, 1083072/28406 nömrəli zaminlik müqaviləsindən görünür ki, Kərimli X1 Ravid İlqar oğlunun 07 iyun 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin təminatı kimi zamin durmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 yanvar 2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 07 iyun 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 10 yanvar 2024-cü il tarixə kimi 9990 (doqquz min doqquz yüz doxsan) manat, 13 (on üç) qəpik əsas, 787 (yeddi yüz səksən yeddi) manat, 86 (səksən altı) qəpik faiz borcu olmaqla, cəmi 10777 (on min yeddi yüz yetmiş yeddi) manat, 99 (doxsan doqquz) qəpik məbləğində borcu vardır. Mülki işə əlavə edilmiş pretenziya məktublarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07 iyun 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcları olduğu barədə bildirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 122 (yüz iyirmi iki) manat, 73 (yetmiş üç) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 122 (yüz iyirmi iki) manat, 73 (yetmiş üç) qəpik cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinə əsasən QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “Borcun alınması tələbinə dair” iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07 iyun 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 9990 (doqquz min doqquz yüz doxsan) manat, 13 (on üç) qəpik əsas, 787 (yeddi yüz səksən yeddi) manat, 86 (səksən altı) qəpik faiz borcu olmaqla, cəmi 10777 (on min yeddi yüz yetmiş yeddi) manat, 99 (doxsan doqquz) qəpik məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun 122 (yüz iyirmi iki) manat, 73 (yetmiş üç) qəpik məbləğində pul Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-346/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-346/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver