Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-370/2025 12.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2486 (iki min dörd yüz səksən altı) manat 20 (iyirmi) qəpik, 418 (dörd yüz on səkkiz) manat 47 (qırx yeddi) qəpik faiz, cəmi 2904 (iki min doqquz yüz dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində vəsaitin və ödənilmiş 49 (qırx doqquz) manat 05 (beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxmağı və iddialarının tam təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2024-cü il tarixli BUMM7416873B299 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 59 ay müddətinə 2500 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 2486, 20 AZN əsas, 418, 47 AZN faiz, cəmi 2904, 67 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2486, 20 AZN əsas, 29,01 AZN faiz, cəmi 2904, 67 AZN məbləğində vəsaitin və ödənilmiş 49, 05 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarasınız qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdehnun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialında olan xx/xx/2024-cü il tarixli BUMM7416873B299 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 27 faiz dərəcəsi ilə 59 ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh yaranmış borcun məbləği və ödənilməyəcəyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, MCavabdehnun xx/xx/2024-cü il tarixli BUMM7416873B299 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 2486 (iki min dörd yüz səksən altı) manat 20 (iyirmi) qəpik, 418 (dörd yüz on səkkiz) manat 47 (qırx yeddi) qəpik faiz, cəmi 2904 (iki min doqquz yüz dörd) manat 67 (altmış yeddi) qəpik borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsinə görə 49 (qırx doqquz) manat 05 (beş) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 49 (qırx doqquz) manat 05 (beş) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh X1 Cavabdeh xx/xx/2024-cü il tarixli BUMM7416873B299 saylı kredit müqaviləsi üzrə 2486 (iki min dörd yüz səksən altı) manat 20 (iyirmi) qəpik, 418 (dörd yüz on səkkiz) manat 47 (qırx yeddi) qəpik faiz, cəmi 2904 (iki min doqquz yüz dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx/xx/2024-cü il tarixli kredit müqaviləsi üzrə 2486 (iki min dörd yüz səksən altı) manat 20 (iyirmi) qəpik əsas, 418 (dörd yüz on səkkiz) manat 47 (qırx yeddi) qəpik faiz və dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat 05 (beş) qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-370/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-370/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver