Məhkəmə qərarları › İş №e-2(018)-375/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-375/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-375/2025 12.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulması barədə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC-nin Hüquq Departamentinin aparıcı hüquqşunası Ayxan Eyvazov Cavabdeh qarşı «borcun tutulması barədənə dair» iddia verərək Cavabdeh əsas məbləğ üzrə 3362,98 AZN (üç min üç yüz altmış iki manat 98 qəpik); faiz borcu: 233,87 AZN (iki yüz otuz üç manat 87 qəpik); cərimə borcu:22,4 AZN (iyirmi iki manat 40 qəpik); cəmi borc: 3619,25 AZN (üç min altı yüz on doqquz manat 25 qəpik) məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 56.19 AZN məbləğində dövlət rüsumunun iddiaçı «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı «X3 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə “X3 Azərbaycan” QSC və Cavabdeh arasında 298060 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 4000 (dörd min) manat məbləğində pul ayrılmışdır və о, 36 ay müddətində kreditin əsas məbləği və оna illik 15 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X3 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Nəticədə Cavabdeh Banka əsas məbləğ üzrə 3362,98 AZN (üç min üç yüz altmış iki manat 98 qəpik); faiz borcu: 233,87 AZN (iki yüz otuz üç manat 87 qəpik); cərimə borcu: 22,4 AZN (iyirmi iki manat 40 qəpik); cəmi borc: 3619,25 AZN (üç min altı yüz on doqquz manat 25 qəpik) məbləğində borcu yaranmışdır. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı «X3 Azərbaycan» QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 56.19 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 298060 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 4000 (dörd min) manat məbləğində pul ayrılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 298060 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas məbləğ üzrə 3362,98 AZN (üç min üç yüz altmış iki manat 98 qəpik); faiz borcu: 233,87 AZN (iki yüz otuz üç manat 87 qəpik); cərimə borcu: 22,4 AZN (iyirmi iki manat 40 qəpik); cəmi borc: 3619,25 AZN (üç min altı yüz on doqquz manat 25 qəpik) məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildiriş (pretenziya) məktubundan görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli, 298060 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcunu 5 (beş) iş günü müddətində Banka ödəməli olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, 298060 nömrəli kredit müqaviləsin üzrə iddiaçının iddia etdiyi 22 (iyirmi iki) manat 40 qəpik məbləğində dəbbə pulu azaldılaraq 02 (iki) manat 40 qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 56.19 AZN dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 298060 nömrəli kredit müqaviləsi üzrə 3362 (üç min üç yüz altmış iki) manat 98 qəpik əsas borcu üzrə, 233 (iki yüz otuz üç) manat 87 qəpik faiz borcu üzrə, 02 (iki) manat 40 qəpik cərimə borcu və 56 (əlli altı) manat 19 qəpik ödənilmiş dövlət rüsumu alınıb iddiaçı «X3 Azərbaycan» QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar