Məhkəmə qərarları › İş №e-2(018)-383/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-383/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-383/2024 21.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, müştərərk qaydada, 7750 manat, 98.50 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 manatın, ümumilikdə 7948.50 manat (yeddi min doqquz yüz qırx səkkiz manat, əlli qəpik) məbləğində pulun iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi İddiaçı mal-qara saxlamağla məşğuldur. Astara rayon Maşxan kənd sakinləri Cavabdeh2 və Cavabdeh1 5 (beş) baş iribuynuzlu heyvan satmışdır. Anar və Cavabdeh2 aldıqları heyvanların pulu olan 7550 manatı 05 yanvar 2024-cü il tarixinədək verməyi öhtəliyinə götürmüşlər. Həmin müddət çatanda İddiaçı satdığı heyvanların pulunu Cavabdeh2 və Cavabdeh1 tələb etmiş, lakin sonuncular hər dəfə bir bəhanə ilə pulu verməmişlər. Ona görə də məcbur qalıb pulunu almaq üçün Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 və Cavabdeh1, müştərərk qaydada, 7750 manat, 98.50 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 manatın, ümumilikdə 7948.50 manat (yeddi min doqquz yüz qırx səkkiz manat, əlli qəpik) məbləğində pulun iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iddianı tam qəbul edərək, onlara qarşı verilmiş iddianın tam təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iştirak edən zaman İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 dinləyib iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh2 İddiaçı 7550 manat borc aldığını etiraf etmiş və qəbzi imzası ilə təsdiq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 98 (doxsan səkkiz) manat 90 (doxsan) qəpik dövlət rüsum ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı “Xəzər Konsaltinq” vəkil qurumuna 300 (üç yüz) manat ödəniş etmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən məlum olur ki, Cavabdeh2 Astara rayonu, Maşxan kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən məlum olur ki, Cavabdeh1 Astara rayonu, Maşxan kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5 (beş) iri buynyzlu heyvanın pulunu xx.xx.2024-cü il tarixədək İddiaçı cəmi 7550 (yeddi min beş yüz) manat pulu ödəyəcəklərini öhdələrinə götürmüşlər. Cavabdeh həmin borcu İddiaçı aldığını etiraf edən qəbzi imzasıyla təsdiq etmiş, borcu isə qaytarmamışdır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənləri və Cavabdeh2 iddianı qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, 7550 (yeddi min beş yüz əlli)manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 98 (doxsan səkkiz) 50 qəpik məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, 7550 (yeddi min beş yüz əlli)manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 98 (doxsan səkkiz) 50 qəpik məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar