Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-414/2025 07.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi X3 oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit borcunun qaytarılması barədə» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit borcunun qaytarılması barədə» iddia verərək xx.xx.2020-ci il tarixli ***-*******MK160120-03 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2496,45 (iki min dörd yüz doxsan altı manat, qırx beş qəpik) manat borcu- bundan 1729,19 (min yeddi yüz iyirmi doqquz manat, on doqquz qəpik) manat əsas, 522,22 (beş yüz iyirmi iki manat, iyirmi iki qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 245,04 (iki yüz qırx beş manat, dörd qəpik) manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 44,96 (qırx dörd manat, doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq, LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***-*******MK160120-03 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 27% dərəcəsi ilə 3050 (üç min əlli) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən bank ilə X1 və Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndində əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin,borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin ödənilməsinə görə bank qarşısında borcalanla eni həcmdə məsuliyyət daşıyır. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh2 xx.xx.2020ci il tarixli, ***-*******MK160120-03 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka ödənilməmiş cəmi 2496,45 (iki min dörd yüz doxsan altı manat, qırx beş qəpik) manat borcu vardır. Bundan 1729,19 (min yeddi yüz iyirmi doqquz manat,on doqquz qəpik) manat əsas, 522,22 (beş yüz iyirmi iki manat,iyirmi iki qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu faiz, 245,04 (iki yüz qırx beş manat,dörd qəpik) manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, onlar müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğvedici təyin edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı LPO "xxxx" ASCadından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 45.36 (qırx beş manat, otuz altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, ***-*******MK160120-03 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 3050 (üç min əlli) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə orta aylıq ödəniş məbləği təqribən 165,86 (yüz altmış beş manat, səksən altı qəpik) manat təşkil etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, ***-*******MK160120-03/ZM/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, ***- *******MK160120-03 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kreditor qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və üzərinə məsuliyyət götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, ***-*******MK160120-03/ZM/2 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, ***- *******MK160120-03 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kreditor qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və üzərinə məsuliyyət götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli,***-*******MK160120-03 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1729,19 (min yeddi yüz iyirmi doqquz manat, on doqquz qəpik) manat əsas, 522,22 (beş yüz iyirmi iki manat, iyirmi iki qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 245,04 (iki yüz qırx beş manat,dörd qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, cəmi 2496,45 (iki min dörd yüz doxsan altı manat,qırx beş qəpik) manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixli, ***-*******MK160120-03 saylı kredit müqaviləsi üzrə cavabdehlərin öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikdən Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44,96 (qırx dörd manat, doxsan altı qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1729,19 (min yeddi yüz iyirmi doqquz manat, on doqquz qəpik) manat əsas, 522,22 (beş yüz iyirmi iki manat, iyirmi iki qəpik) manat faiz, 245,04 (iki yüz qırx beş manat, dörd qəpik) manat kredit müqaviləsi bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu cəmi 2496,45 (iki min dörd yüz doxsan altı manat, qırx beş qəpik) manat və iş üzrə ödənilmiş 44,96 (qırx dörd manat, doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-414/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-414/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver