Məhkəmə qərarları › İş №e-2(018)-431/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-431/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-431/2024 04.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı X1 Bank Kredit Təşkilatının Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Bank Kredit Təşkilatının Cavabdeh qarşı «kredit borcunun qaytarılması» barədə iddia verərək, Cavabdeh 18 noyabr 2019-cu il tarixli, **********0246 saylı kredit müqaviləsi üzrə 4420,15 (dörd min dörd yüz iyirmi manat, on beş qəpik) manat əsas borc, 4,83 (dörd manat, səksən üç qəpik) manat faiz borcu, cəmi 4424,98 (dörd min dörd yüz iyirmi dörd manat, doxsan səkkiz qəpik) manat pulun və 64,25 manat dövlət rüsumunun alınıb İddiaçı X1 Bank Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı X1 Bank Kredit Təşkilatın ilə Cavabdeh arasında 18 noyabr 2019-cu il tarixli, **********0246 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə 60 ay müddətinə, illik 1 faiz olmaqla 4904,50 (dörd min doqquz yüz dörd manat, əlli qəpik) manat kredit verilmişdir. Lakin, Cavabdeh kredit borclarını banka ödəməkdən yayınmış, beləliklə də 18 noyabr 2019-cu il tarixli, **********0246 saylı kredit müqaviləsi üzrə 4420,15 (dörd min dörd yüz iyirmi manat, on beş qəpik) manat əsas borc, 4,83 (dörd manat, səksən üç qəpik) manat faiz borcu, cəmi 4424,98 (dörd min dörd yüz iyirmi dörd manat, doxsan səkkiz qəpik) manat pulun və 64,25 (altmış dörd manat, iyirmi beş qəpik) manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır.

1. İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli **********0246 saylı kredit müqaviləsi üzrə 4904,50 manat məbləğində kredit müqaviləsi bağlanılmış, həmin məbləğ Cavabdeh verilmişdir.

2. İddiaçı X1 Bank Kredit Təşkilatı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 18 noyabr 2019-cu il tarixli **********0246 saylı kredit müqaviləsi üzrə 4420,15 (dörd min dörd yüz iyirmi manat, on beş qəpik) manat əsas borc, 4,83 (dörd manat, səksən üç qəpik) manat faiz borcu, cəmi 4424,98 (dörd min dörd yüz iyirmi dörd manat, doxsan səkkiz qəpik) manat pul borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı X1 Bank Kredit Təşkilatının məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 64,25 (altmış dörd manat, iyirmi beş qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 64,25 (altmış dörd manat, iyirmi beş qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. 1.Cavabdeh 18 noyabr 2019-cu il tarixli **********0246 saylı kredit müqaviləsi üzrə 4420,15 (dörd min dörd yüz iyirmi manat, on beş qəpik) manat əsas borc, 4,83 (dörd manat, səksən üç qəpik) manat faiz borcu, cəmi 4424,98 (dörd min dörd yüz iyirmi dörd manat, doxsan səkkiz qəpik) manat pulun və 64,25 (altmış dörd manat, iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı X1 Bank Kredit Təşkilatına ödənilsin. 2.Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar