Məhkəmə qərarları › İş №e-2(018)-432/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-432/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-432/2024 27.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Kapital Bank" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli GTKR4385037A138 saylı kredit maviləsinə əsasən 4308,81 AZN əsas; 707,56 AZN faiz; cərri 5016,37 AZN məbləğində borcun, xx.xx.2022-ci il tarixli BRED4832975A138 saylı kredit kartına dair müqaviləyə əsasən 317,90 AZN əsas; 71,23 AZN faiz;cərri 389,13 AZN borcun və ödənilmiş 74,06 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxmağı və iddialarının tam təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR4385037A138 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6220 AZN məbləğində kredit verilmişdir.İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRED4832975A138 saylı Kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 560 AZN məbləğində kredit verilmişdir.Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik •sə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır.Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin ravilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə ‘Kapital Bank" AS C-yə xx.xx.2021-ci İİ tarixli GTKR4385037A138saylı kredit laviləsinə əsasən 4308,81 AZN əsas; 707,56 AZN faiz;cərri 5016,37 AZN borcu, xx.xx.2022-ci il tarixli BRED4832975A138 saylı kredit ma dair müqaviləyə əsasən 317,90 AZN əsas; 71,23 AZN faiz; cərri 389,13 AZN borcu yaranmışdır.Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında hrd ma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh “Kapital Bank" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli GTKR4385037A138 saylı kredit maviləsinə əsasən 4308,81 AZN əsas; 707,56 AZN faiz; cərri 5016,37 AZN məbləğində borcun, xx.xx.2022-ci il tarixli BRED4832975A138 saylı kredit kartına dair müqaviləyə əsasən 317,90 AZN əsas; 71,23 AZN faiz;cərri 389,13 AZN borcun və ödənilmiş 74,06 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materialında olan edir ki, xx.xx.2021-cı il tarixli GTKR4385037A138 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 28 faiz dərəcəsi ilə 48 ay müddətinə 6200 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh hər ay 216 manat, 78 qəpik İddiaçı ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsinə görə 74,46 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 74 (yetmiş dörd) manat 06 qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4308 (dörd min üç yüz səkkiz) manat 48 qəpik əsas borc, 707 (yeddi yüz yeddi) manat 56 qəpik faiz, xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 317(üç yüz on yeddi) manat 90 qəpik, 71 (yetmiş bir) manat 23 qəpik faiz və dövlət rüsumu üçün ödənilmiş 74 (yetmiş dörd) manat 06 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4308 (dörd min üç yüz səkkiz) manat 48 qəpik əsas borc, 707 (yeddi yüz yeddi) manat 56 qəpik faiz, xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 317(üç yüz on yeddi) manat 90 qəpik, 71 (yetmiş bir) manat 23 qəpik faiz və dövlət rüsumu üçün ödənilmiş 74 (yetmiş dörd) manat 06 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar