Məhkəmə qərarları › İş №e-2(018)-432/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-432/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-432/2025 19.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “Finca Azerbijan” MM QBKT-nın Məhkəmə işləri üzrə hüquqşunası Nümayəndə2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tələbinə dair» iddia verərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3647 (üç min altı yüz qırx yeddi) manat, faiz borcuna görə 969 (doqquz yüz altmış doqquz) manat 98 (doxsan səkkiz) qəpik, cərimə borcuna görə 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik, cəmi 4684 (dörd min altı yüz səksən dörd) manat 18 (on səkkiz) qəpik məbləğində borcun və 66 (altmış altı) manat 85 (səksən beş) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********0524 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla, 24 ay ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 223 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zaminlik müqaviləsi bağlamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixində olan maliyyə arayışına əsasən Cavabdeh1nın əsas borc üzrə 3647 (üç min altı yüz qırx yeddi) manat, faiz borcuna görə 969 (doqquz yüz altmış doqquz) manat 98 (doxsan səkkiz) qəpik, cərimə borcuna görə 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik, cəmi 4684 (dörd min altı yüz səksən dörd) manat 18 (on səkkiz) qəpik təşkil edir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MM QBKT-nın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 66 (altmış altı) manat 85 (səksən beş) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********0524 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT tərəfindən borclu Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla, 24 ay ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********00***-******* saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixli, **********0524 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 borclunun öhdəlikləri hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borcla hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3647 (üç min altı yüz qırx yeddi) manat əsas borc, 969 (doqquz yüz altmış doqquz) manat 98 (doxsan səkkiz) qəpik faiz borcu və 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 4684 (dörd min altı yüz səksən dörd) manat 18 (on səkkiz) qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlirəm ki, xx.xx.2024-cü il tarixli, **********0524 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik məbləğində dəbbə pulu azaldılaraq 02 (iki) manat 20 (iyirmi) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 66 (altmış altı) manat 85 (səksən beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 3647 (üç min altı yüz qırx yeddi) manat əsas borc, 969 (doqquz yüz altmış doqquz) manat 98 (doxsan səkkiz) qəpik faiz borcu, 02 (iki) manat 20 (iyirmi) qəpik cərimə borcu, cəmi 4619 (dörd min altı yüz on doqquz) manat 18 (on səkkiz) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 66 (altmış altı) manat 85 (səksən beş) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı MM QBKT-nın xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar