Məhkəmə qərarları › İş №e-2(018)-440/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-440/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-440/2024 27.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, İddiaçı “FİNCA AZƏRBAİJAN” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “FİNCA AZƏRBAİJAN” X1-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4184.00 AZN, faiz borcuna görə 882.67 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5066.67 (beş min altmış altı manat, altmış yeddi qəpik) AZN məbləğində borcun və 70.67 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan" MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarmağı xahiş etmişdir. İş üzrə iddiaçı “FİNCA AZƏRBAİJAN” X1-Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iştirakları olmadan mahiyyəti üzrə işə baxıb iddialarının təmin olunmasını məhkəmədən xahiş etmişdri. İddiaçı “FİNCA AZƏRBAİJAN” X1-Bank Kredit Təşkilatı idddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMM QBKT ilə cavabdeh Vüqar Eldar oğlu arasında bağlanmış 50939 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, yaxşılaşdırılması üçün illik 30.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 AZN məbləğində kredit verilmişdir.Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər av 281 AZN olmaqla bərabər hissələrdə ödəniş işdirilmişdir.Kredit məbləği kredit alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində "Fincard" adı qeyd edilmiş kredit kartı təqdim edilir.Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0939-646596 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur.Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl rnədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam İdə ödəməyi öz öhdəsinə götürür.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc ıləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə rməmişdir,Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 4184.00 AZN, faiz borcuna görə 882.67 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5066.67 (beş min altmış altı manat altmış yeddi qəpik) A.ZN təşkil edir.Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4184.00 AZN, faiz borcuna görə 882.67 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5066.67 (beş min altmış altı manat, altmış yeddi qəpik) AZN məbləğində borcun və 70.67 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan" MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarmağı xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********0939 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMQBKTT ərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 30% ödəmək şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə İddiaçı MMQBKTT arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0939 kredit müqaviləyə əsasən İddiaçı MMQBKTT-yə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4184.00 AZN, faiz borcuna görə 882.67 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5066.67 (beş min altımış altı) manat 67 (altımış yeddi) qəpik manat məbləğində borcun və 70.67 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMQBKTT-yə borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 5000 (beş min) manat kredit verilmiş və aylar üzrə ödəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMQBKTT iddia ərizəsinə görə 70,67 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0939 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4184.00 AZN, faiz borcuna görə 882.67 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5066.67 (beş min altımış altı) manat 67 (altımış yeddi) qəpik manat məbləğində borcun və 70.67 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMQBKTT-yə borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçı “FİNCA AZƏRBAİJAN” X1-Bank Kredit Təşkilatından kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmişlər, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı “FİNCA AZƏRBAİJAN” X1- Bank Kredit Təşkilatı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və cavabdehin əmlak mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 4184 (dörd min yüz səksən dörd) manat 17 qəpik əsas borc, 882 (səkkiz yüz səksən iki) manat 67 qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 70 (yetmiş) manat 67 qəpik məbləğində pul vəsaiti tutulub “FİNCA AZƏRBAİJAN” X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 4184 (dörd min yüz səksən dörd) manat 17 qəpik əsas borc, 882 (səkkiz yüz səksən iki) manat 67 qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 70 (yetmiş) manat 67 qəpik məbləğində pul vəsaiti tutulub “FİNCA AZƏRBAİJAN” X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar