Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-441/2024 23.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimiMəmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı “Finca Azərbaijan” X3 X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Pul tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı “Finca Azərbaijan” X3 X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı « Pul tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9451 (doqquz min dörd yüz əlli bir) manat əsas borc, 2031 (iki min otuz bir) manat, 94 (doxsan dörd) qəpik faiz borcu və 661 (altı yüz altmış bir) manat, 41 (qırx bir) qəpik cərimə olmaqla, cəmi 12144 (on iki min bir yüz qırx dörd) manat, 35 (otuz beş) qəpik məbləğində pulun və 126 (bir yüz iyirmi altı) manat, 44 (qırx dörd) qəpik dövlət rüsumunun “Finca Azərbaijan” MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı“Finca Azərbaijan” MM QBKT-nin nümayəndəsi Nümayəndə1 məhkəmə baxışı iclasında iştirak etmədi. O, məhkəməyə teleqram ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə“Finca Azərbaijan” MM QBKT arasında 27 aprel 2023-cü il tarixində **********0620 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 23 (iyirmi üç) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 10500 (on min beş yüz) manat məbləğində kredit verilmişdir.Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 553 (beş yüz əlli üç) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********0***-******* nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində iddiaçı “Finca Azərbaijan” X3 X2 9451 (doqquz min dörd yüz əlli bir) manat əsas borc, 2031 (iki min otuz bir) manat, 94 (doxsan dörd) qəpik faiz borcu və 661 (altı yüz altmış bir) manat, 41 (qırx bir) qəpik cərimə olmaqla, cəmi 12144 (on iki min bir yüz qırx dörd) manat, 35 (otuz beş) qəpik məbləğində borcları yaranmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməiş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “Finca Azərbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 27 aprel 2023-cü il tarixində **********0620 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 23 (iyirmi üç) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 10500 (on min beş yüz) məbləğində kredit verilmişdir. İş materiallarında olan **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 27 aprel 2023-cü il tarixinli **********0620 nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin təminatı kimi zamin durmuşdur. İş materiallarında olan **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 27 aprel 2023-cü il tarixinli **********0620 nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin təminatı kimi zamin durmuşdur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 27 aprel 2023-cü il tarixində **********0620 nömrəli kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 553 (beş yüz əlli üç) manat təşkil etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 15 fevral 2024-cü il tarixə cavabdehlərin “Finca Azərbaijan” X3 X2 9451 (doqquz min dörd yüz əlli bir) manat əsas borc, 2031 (iki min otuz bir) manat, 94 (doxsan dörd) qəpik faiz borcu və 661 (altı yüz altmış bir) manat, 41 (qırx bir) qəpik cərimə olmaqla, cəmi 12144 (on iki min bir yüz qırx dörd) manat, 35 (otuz beş) qəpik məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə borclarını ödəməli olmaları barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 661 (altı yüz altmış bir) manat, 41 (qırx bir) qəpik cərimə azaldılaraq 60 (altmış) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 27 aprel 2023-cü il tarixində **********0620 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 661 (altı yüz altmış bir) manat, 41 (qırx bir) qəpik məbləğində cərimə tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 60 (altmış) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişlər və beləliklə də, iddiaçı “Finca Azərbaijan” X3 X2 9451 (doqquz min dörd yüz əlli bir) manat əsas borc, 2031 (iki min otuz bir) manat, 94 (doxsan dörd) qəpik faiz borcu və 661 (altı yüz altmış bir) manat, 41 (qırx bir) qəpik cərimə olmaqla, cəmi 12144 (on iki min bir yüz qırx dörd) manat, 35 (otuz beş) qəpik məbləğində borcları yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən iddiaçı banka olan borc müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 126 (bir yüz iyirmi altı) manat, 44 (qırx dörd) qəpik dövlət rüsumunun 110 (bir yüz on) manat hissəsi da onun xeyrinə müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı “Finca Azərbaijan” X3 X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Pul tələbinə dair» iddiası qismən təmin edilsin. 27 aprel 2023-cü il tarixinli **********0620 nömrəli kredit müqaviləsi üzrə 9451 (doqquz min dörd yüz əlli bir) manat əsas borc, 2031 (iki min otuz bir) manat, 94 (doxsan dörd) qəpik faiz borcu və 60 (altmış) manat cərimə olmaqla, cəmi 11542 (on bir min beş yüz qırx iki) manat məbləğində kredit borcu və odənilmiş dövlət rüsumuna görə 110 (bir yüz on) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı “Finca Azərbaijan” MM QBKT-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-441/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-441/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver