Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-442/2024 16.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “Finca Azerbijan” MM QBKT-nın Məhkəmə işləri üzrə hüquqşunası Nümayəndə2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tələbinə dair» iddia verərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3613 (üç min altı yüz on üç) manat, faiz borcuna görə 1012 (min on iki) manat 07 (yeddi) qəpik, cərimə borcuna görə 167 (yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik, cəmi 4792 (dörd min yeddi yüz doxsan iki) manat 54 (əlli dörd) qəpik məbləğində borcun və 67 (altmış yeddi) manat 93 (doxsan üç) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0132 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla, 24 ay ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 221 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zaminlik müqaviləsi bağlamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024cü il tarixində olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 3613 (üç min altı yüz on üç) manat, faiz borcuna görə 1012 (min on iki) manat 07 (yeddi) qəpik, cərimə borcuna görə 167 (yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik, cəmi 4792 (dörd min yeddi yüz doxsan iki) manat 54 (əlli dörd) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MM QBKTnın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 67 (altmış yeddi) manat 93 (doxsan üç) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********0132 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT tərəfindən borclu Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla, 24 ay ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********0132-647948 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli, **********0132 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 borclunun öhdəlikləri hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borcla hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3613 (üç min altı yüz on üç) manat əsas borc, 1012 (min on iki) manat 07 (yeddi) qəpik faiz borcu və 167 (yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 4792 (dörd min yeddi yüz doxsan iki) manat 54 (əlli dörd) qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlirəm ki, xx.xx.2023-cü il tarixli, **********0132 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 167 (yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində dəbbə pulu azaldılaraq 02 (iki) manat 47 (qırx yeddi) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 67 (altmış yeddi) manat 93 (doxsan üç) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 3613 (üç min altı yüz on üç) manat əsas borc, 1012 (min on iki) manat 07 (yeddi) qəpik faiz borcu, 02 (iki) manat 47 (qırx yeddi) qəpik cərimə borcu, cəmi 4627 (dörd min altı yüz iyirmi yeddi) manat 54 (əlli dörd) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 67 (altmış yeddi) manat 93 (doxsan üç) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı MM QBKT-nın xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-442/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-442/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver