Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-454/2024 08.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 84,19 (səksən dörd manat,on doqquz qəpik) manat əsas məbləğ üzrə, 27,61 (iyirmi yeddi manat,altmış bir qəpik) manat faiz üzrə, 8,68 (səkkiz manat,altmış səkkiz qəpik) manat cərimə üzrə cəmi 120,48 (yüz iyirmi manat,qırx səkkiz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat,qırx qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin 28 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” əsasında "xxxx" KB ASC tərəfindən cavabdeh istehlak məqsədləri üçün 05 avqust 2022-ci il tarixində 35 ay müddətində illik 29% ödəmək şərtilə 100 (yüz) manat məbləğində kredit xətti açılmışdır.Cavabdeh 05 avqust 2022-ci il tarixində müvafiq ərizə imzalamaqla Unibank” KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 01U/21 saylı 28 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir.Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 05 mart 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 84,19 (səksən dörd manat,on doqquz qəpik) manat əsas məbləğ üzrə, 27,61 (iyirmi yeddi manat,altmış bir qəpik) manat faiz üzrə, 8,68 (səkkiz manat,altmış səkkiz qəpik) manat cərimə üzrə cəmi 120,48 (yüz iyirmi manat,qırx səkkiz qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30,40 (otuz manat,qırx qəpik) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 05 avqust 2022-ci il tarixli kredit xətti üzrə müqavilədən görünür ki , 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta müqaviləsi çərçivəsində Cavabdeh 35 ay müddətində illik 29% ödəmək şərtilə 100(yüz) manat məbləğində kredit xətti açılmışdır. Mülki işə əlavə edilmiş 5 mart 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 6663sADJb/22 saylı kredit müqaviləsi üzrə 5 mart 2024-cü il tarixinə Unibank” KB ASC-yə 84,19 (səksən dörd manat,on doqquz qəpik) manat əsas məbləğ üzrə, 27,61 (iyirmi yeddi manat,altmış bir qəpik) manat faiz üzrə, 8,68 (səkkiz manat,altmış səkkiz qəpik) manat cərimə üzrə cəmi 120,48 (yüz iyirmi manat,qırx səkkiz qəpik) manat borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış müqaviləsi əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30,40 (otuz manat,qırx qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 84,19 (səksən dörd manat,on doqquz qəpik) manat əsas məbləğ üzrə, 27,61 (iyirmi yeddi manat,altmış bir qəpik) manat faiz üzrə, 8,68 (səkkiz manat,altmış səkkiz qəpik) manat cərimə üzrə cəmi 120,48 (yüz iyirmi manat,qırx səkkiz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat,qırx qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №e-2(018)-454/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-454/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver