Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-457/2024 28.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsinə və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul və qızıl zinət əşyalarının və ya dəyərinin, dövlət rüsumunun tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh-iddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 115.514 (yüz on beş min beş yüz on dörd) manat məbləğində pulun, həmçinin ödənilmiş 405 (dörd yüz beş) manat 51 (əlli bir) qəpik məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında göstərmişdir ki, cavabdeh-iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilməsini, ondan 46150 manat pulun, 62.3 qram (dəyəri 6208 manat) və 41.4 qr (dəyəri 4957 manat) qızıl zinət əşyalarının və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiası tamamilə əsassızdır və o təmin edilə bilməz. Qarşılıqlı iddiada qeyd edilir ki, Turanın etimadını qazandığından İddiaçı 50550 manat borc pul, 62.3 qram və 41.5 qram qızıl zinət əşyalarını borc vermişdir. İddiaçı qızıl zinət əşyalarını Astara şəhərində fəaliyyət göstərən "Asel" kredit təşkilatına girov qoymuşdur və 7430 manat pul götürmüşdür. İddiaçı dəfələrlə "Asel" kredit təşkilatına girov qoyaraq pul götürmüşdür. Cavabdeh qeyd etdiyi 62.3 qram və 41.5 qram qızıl zinət əşyaları Turana məxsus olmamışdır. Cavabdeh İddiaçı heç vaxt 62.3 qram və 41.5 qram qızıl zinət əşyalarını borc verməmişdir. Həmçinin Cavabdeh tərəfindən İddiaçı 50550 manat borc pul da verilməmişdir. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, İddiaçı heç vaxt pul almamış, özünün "Güvənli" kredit evi olmuş və özü kreditə pul vermişdir. Cavabdeh müraciəti əsasında Astara rayon prokurorluğunda araşdırma aparılmış, yekunda xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh prokurorluğa verdiyi izahatında qeyd edir ki,” maddi ehtiyacları olduğuna görə məndən dəfələrlə faizə pul götürmüşdür”. Buradan görünür ki, qarşılıqlı iddiadakı və etirazdakı "məndən heç vaxt pul almamış" sözləri yalandır. Çünki özü bunu prokurorluqda təsdiq etmişdir. Əlavə olaraq Cavabdeh İddiaçı sələmçi kimi qələmə verməsi də yalandır. Çünki İddiaçı Turana heç bir zaman sələmə pul verməmişdir. Onu sələmçi kimi qələmə verməkdə məqsədi borcu ödəməkdən yayınmaq düşüncəsidir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, 3000 manatdan artıq borc müqavilələri notariat qaydada tərtib olunmalıdır. Aralarında notariat qaydada müqavilə bağlanmamışdır. Borc müqaviləsinin yazılı bağlanması dedikdə, sadə yazılı və ya notarial formada imzalanmış sənədin tərtibi başa düşülür. Borcun sadə yazılı və ya notarial qaydada bağlanması seçimi qanunvericiliklə tərəflərin özlərinə aid edilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr saxtadır, müqavilədə olan imzalar saxtadır, güya saxta müqavilələr tərtib edərək oxşar imzalarla imzalamışdır və hazırda qanunsuz tərtib olunan müqavilələri məhkəməyə sübut kimi təqdim etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi əlyazmalar Cavabdeh tərəfindən şəxsən yazılmış və imzalanmışdır. Bunu Cavabdeh Astara rayon Prokurorluğunda verdiyi izahatı bir daha təsdiq edir. Belə ki, Cavabdeh prokurorluğa verdiyi izahatında qeyd edir: "əlyazma yazaraq Gülnardan pul almışdır. Gülnar hər dəfə pulu verəndə əlyazma etdirdiyi kağızları özündə saxlamış, pulu faizlə birlikdə qaytaranda isə kağızları qaytarmışdır" buradan da bir daha aydın olur ki, İddiaçı Cavabdeh pul vermişdir. Göründüyü kimi, Cavabdeh Astara rayon Prokurorluğunda verdiyi izahatı ilə qarşılıqlı iddiadakı fikirləri fərqlidir. Cavabdeh ona olan borcunu ödəməkdən yayınmaq üçün ondan hədə-qorxu ilə pul tələb etdiyinə görə intihar edəcəyi barədə Astara rayon Prokurorluğuna müraciət etmişdir. İndi də yalanlar uyduraraq buna nail ola biləcəyini düşünür. Qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilkin iddialarının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı Cavabdeh 2023-cü ilin fevral ayından tanıyır. Cavabdeh Astara şəhərində fəaliyyət göstərmiş “Güvənli Kredit Evi”nin müdiri işləmişdir. Həmin vaxtlar Turan Gülnara qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaq istədiyini demiş, aralarında münasibət yaranmışdır. Gülnar ilə Turan qızıl işi görmüşlər. Belə ki, onlar qızıl-zinət əşyaları alaraq satışını həyata keçirib əldə olunan gəliri aralarında bölüşdürmüşlər. Daha sonra Cavabdeh Gülnara əgər əllərində çoxlu pulları olarsa yaxşı qazanc əldə edə biləcəklərini bildirmişdir. Bundan sonra İddiaçı tanışı, fərdi sahibkar X7 adlı şəxs ilə danışaraq sonuncuya pul ayıracağı təqdirdə qazanc əldə edə biləcəkləri iş görə biləcəklərini bildirmişdir. Aralarında razılaşdıqdan sonra Vüqar Gülnara qazanc əldə etmək məqsədilə pul ayırmağa qərar vermişdir. X14 pul göndərmiş, Gülnar həmin pullarla qızıl-zinət əşyaları alıb Cavabdeh vermişdir. Turan isə qızılları özünün işlədiyi kredit təşkilatına başqa şəxslərin adından girov qoyaraq pul götürmüş, həmin kredit pullarının faizini isə Turan müdir olduğu üçün silmişdir (Gülnar bundan sonradan xəbərdar olmuşdur). Həmçinin onlar alınan qızılzinət əşyalarının satışını həyata keçirməklə gəlir əldə etmişlər. Cavabdeh ilə Gülnar dəfələrlə iş görüb qazanc əldə etmişlər. 2023-cü ilin iyul ayından sonra isə Cavabdeh Gülnarı aldatmağa başlamışdır. Gülnarın etibarını qazandıqdan sonra Cavabdeh Gülnardan iş görmək məqsədilə 65.000, 1.500, 3.900 və 1.200 manat sənədə imza etməklə pul almış və müəyyən edilmiş vaxtda ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Gülnar tərəfindən Cavabdeh 416973******8255 saylı kart hesabına sonuncunun xahişi ilə müxtəlif vaxtlarda ümumilikdə 18.914 (on səkkiz min doqquz yüz on dörd) manat məbləğində pul köçürülmüşdür. Bundan əlavə Cavabdeh oynadıqları lotareya oyununa görə 25.000 manat məbləğində pulu da İddiaçı verməmişdir. Hazırda Cavabdeh İddiaçı ümumilikdə 115.514 (yüz on beş min beş yüz on dörd) manat məbləğində borcu vardır. İddiaçı cavabdehdən pulunu tələb etməsinə baxmayaraq Cavabdeh Gülnara pul ödəməmiş, bir manat belə ödəməyəcəyini bildirmişdir. Daha sonra Cavabdeh Gülnara olan borcunu verməmək üçün sonuncu barəsində Astara rayon Prokurorluğuna hədə-qorxu ilə ondan pul tələb etdiyinə görə intihar edəcəyi barədə müraciət etmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh bildirdiyi hallar təsdiqini tapmamış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona görə də İddiaçı məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 115.514 (yüz on beş min beş yüz on dörd) manat məbləğində pulun, həmçinin ödənilmiş 405.51 (dörd yüz beş manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı verdiyi iddia ərizəsində göstərmişdir ki, o, ilkin İddiaçı Farhad qızını 2023-cu ildən fevral ayından tanıyır. O əvvəllər Astara şəhərində fəaliyyət göstərən və hazırda fəaliyyəti dayanmış "Güvənli kredit evi"nin müdiri işləmişdir. Həmin vaxtı işçisi ilkin iddiaçı Gülnardan sələmə pul götürmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, Gülnar yüksək faizə borc pul verir, lakin o ilkin iddiaçıdan heç vaxt pul almamışdır, belə ki, onun "Güvənli kredit evi” olmuşdur və özü kreditə pul vermişdir. Lakin o, iddiaçıda daxil olmaqla 5 nəfərlik üzvlə lotereya oynamışdır. Son dəfə iddiaçı ona çatası loteriya pulunu mənimsəmişdir. Bundan əlavə ilkin iddiaçı onun kredit evinin müdiri işlədiyi bilirdi və onunla yüksək münasibət yaratmışdır. Bundan sonra qarşılıqlı iddia üzrə cavabdeh Gülnar onun etimadını qazandığından ondan 50550 manat borc pul, 62,3 qr və 41,5 qr qızıl zinnət əşyalarını borc almışdır. Sonradan ona məlum olmuşdur ki, iddiaçı onun etimadından sul istifadə edərək onu aldadıb ondan aldığı qızıl zinnət əyalarını Astara şəhərində fəaliyyət göstərən "Asel" kredit təşkilatına girov qoymuş və 7430 (4000 və 3430 manat olmaqla) pul götürmüşdür. O, pulunu və qızıl zinnət əşyalarını iddiaçıdan tələb etdikdə saxta müqavilələri ona göstərərək ondan 65000 manat pul tələb etmiş ona hədə qorxu gələrək onu öldürəcəyi ilə hədələmişdir. Bu səbəbdəndə Gülnarın barəsində prokurorluğa şikayət etmişdir. 27 mart 2024-cü ildə məlum olmuşdur ki, İddiaçı Astara rayon məhkəməsində ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsində iddia qaldırmışdır və ondan 115.514 manat məbləğində pul tələb edir. O, İddiaçı barəsində 2023-cü ilin oktyabr ayında ondan hədə qorxu yolu ilə pul tələb etdiyindən Astara rayon prokurorluğa şikayət etmişdir. O, bildirmişdir ki, X8 ona hədə-qorxu gəlir, həyatı təhlükədədir, olmayan məbləğləri ondan tələb edir, onun heç bir borcu yoxdur. 05 noyabr 2023-cü il tarixdə cinayət tərkibi olmadığından Astara rayon prokurorun böyük köməkçisi 2-ci dərəcəli hüquqşünas Allahyar Məmmədli cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasının rədd edilmesi barədə qərar qəbul etmişdir. O, dəfələrlə İddiaçı ilə əlaqə saxlamasına baxmayaraq, onun zənglərinə cavab verməmiş və sonra nömrəsini bloka atmışdır. Əgər o Gülnara borcludursa niyə zənglərinə cavab vermir. Başqa nömrədən alaqə saxlyanda o bildirdi ki, “sən mənimlə bacara bilməyəcəksən, Astara rayon məhkəməsi, Astara rayon prokurorluğu və Astara rayon Polis Şöbəsi hamı məni tanıyır”, İddiaçı Farhad qızı sonda bildirdi ki, “Astara rayon Prokurorluğunda verdiyin şikayətlə mənə qarşı cinayət işini aça bilmədin, çünki mənim hər yerdə adamım var”. Məhkəməyə təqdim edəcəyi sübutlar, çıxarışlar, Kapital Bankdan olan qəbzlər təsdiq edir ki, iddiaçının ona həqiqətən borcu vardır. Bundan sonra o, psixoloji təsir almış özünü öldürmək istəmişdir. Bundan sonra Astara rayon prokurorluğuna şikayət etmiş, Astara rayon Prokurorluğu mübahisənin mülki xarakterli olduğunu əsas gətirərək, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmiş və ona mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Odur ki, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, qarşılıqlı cavabdeh İddiaçı 46150 manat pulun, 62.3 qr (dəyəri 6208 manat) və 41.5 qr (dəyəri 4957 manat) qızıl zinnət əşyalarının və ya dəyəri olan nin, ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh-iddiaçı Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, iddiya etiraz edir. Etirazı onunla əsaslandırır ki, o, İddiaçı 2023-cü ildən mart ayından tanıyır. O, əvvəllər Astara şəhərində fəaliyyət göstərən və hazırda fəaliyyəti dayanmış "Güvəli" kredit evinin müdiri işləmişdir. Həmin vaxt işçisi iddiaçıdan Gülnardan sələmə pul götürmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, Gülnar yüksək faizlə borc pul verir. O, iddiaçıdan heç vaxt pul almamışdır. Lakin o, iddiaçıda daxil olmaqla 5 nəfərlik üzvlə loteriya oynamışlar. Son dəfə iddiaçı ona çatası loteriya pulunu məimsəmişdir. Bundan əlavə iddiaçı onun kredit evinin müdiri işlədiyini bilirdi. Bundan sonra Gülnar ondan 50550 manat borc pul almış və 62.3 qr və 41,5 qr qızıl zinnət əşyalarını borc almışdır. Sonradan ona məlum olmuşdur ki, iddiaçı onun etimadından sui istifadə edərək onu aldadıb aldığı qızıl zinnət əşyalarını Astara şəhərində fəaliyyət göstərən "Asel" kredit təşkilatına girov qoymuş və 7430 (4000 və 3430 manat olmaqla.) pul götürmüşdür. O, pulunu və qızıl zinnət əşyalarını iddiaçıdan tələb etdikdə saxta müqavilələri ona göstərərək ondan 65000 manat pul tələb etmiş ona hədə qorxu gələrək öldürəcəyi ilə hədələmişdir. Bu səbəbdəndə onun barəsində prokurorluğa şikayət etmişdir. 27 mart 2024-cü ildə məlum olmuşdur ki, İddiaçı Astara rayon məhkəməsində ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsində iddia qaldırmışdır və 115.514 manat məbləğində pul tələb edir. O, iddiaçı X9 barəsində 2023-cü ilin oktyabr ayında ondan hədə-qorxu yolu ilə pul tələb etdiyindən Astara rayon prokurorluğa şikayət etmişdir. O, bildirmişdir ki, İddiaçı Farhad qızı ona hədə-qorxu gəlir, hayatı təhlükədədir, olmayan məbləğləri ondan tələb edir, onun heç bir borcu yoxdur. 05 noyabr 2023-cü il tarixdə cinayət tərkibi olmadığından Astara rayon prokurorunun böyük köməkçisi 2 dərəcəli hüquqşünas Allahyar Məmmədli cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasını rədd edir. O, dəfələrlə İddiaçı əlaqə saxlamasına baxmayaraq, onun zənglərinə cavab vermirdi va sonra nömrəsini bloka atmışdır. Əgər o, borcludursa niyə zənglərinə cavab vermir. Başqa nömrədən əlaqə saxlayanda o, bildirmişdir ki, “sən mənimlə bacara bilmiyəcəksən, Astara rayon məhkəməsi, Astara rayon prokurorluğu və Astara rayon Polis Şöbəsi hamı məni tanıyır”. Onun İddiaçı Farhad qızına heç bir borcu yoxdu. Məhkəməyə təqdim edəcəyi sübutlar, çıxarışlar, Kapital Bankdan olan qəbzlər təsdiq edir ki, iddiaçı onun pulunu iddiaçı onun pulunu ödəyitdi, çünki onun borcu var idi, hal-hazırda yenə ona borcu qalmışdır. İddiaçı ilə sonuncu dəfə danışanda ona demişdir ki, “pulları səndən alacam, sənin başına bax nə oyun açacam”. İddiaçı bildirmişdir ki, “o mənim pullarımdı özündə bilirsən, sənin mənə borcun var ona görə hesabıma göndərirsən, dedi sənnən görüşəcəm məhkəmədə baxarsan görərsən alacam yoxsa yox və nömrəmidə atdı bloka”. Bundan sonra o psixoloji təsir almış, özünü öldürmək istəmişdir. Bundan sonra Astara rayon prokurorluğuna şikayət etmiş, Astara rayon Prokurorluğu mübahisənin mülki xarakterli olduğunu əsas gətirərək, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmiş və ona mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. MPM-nin 739.2-ci maddəsinin tələbinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazalı Formada bağlanılmalıdır. İddiaçı sübut kimi təqdim etdiyi müqavilələr saxtadır. Qanunvericiliyin tələbinə uyğun olmayaraq onun məlumatı olmadan tərtib edilmişdir, müqavilədə olan imzalar saxtadır. Belə ki, qanunun tələbindəndə görünür ki, 3000 manatdan artıq borc müqavilələri notariat qaydada tərtib olunmalıdır. Onun iddiaçıya heç bir borcu olmadığından iddiaçı onunla notarial qaydada müqavilə bağlamamışdır. Saxta müqavilələr tərtib edərək oxşar imzalarla imzalamışdır və hazırda qanunsuz tərtib olunan müqavilələri məhkəməyə sübut kimi təqdim etmişdir. İddia tələbinə etiraz edir, məhkəmədən ilkin iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə şahid X5 bildirmişdi ki, "xxxx" təşkilatının işçisi olmuşdur. İddiaçı və İddiaçı vasitəsilə Cavabdeh tanıyır. İddiaçı dəfələrlə onun işlədiyi kredit təşkilatına girov olaraq qızıl zinət əşyalarını qoymuş və kredit götürmüşdür. Həmin qızıl zinət əşyalarını İddiaçı özü şəxsən onlara təqdim etmiş həmin vaxt İddiaçı yanında başqa şəxs olmamışdır. Məhkəmədə Şahid1 bildirmişdi ki, İddiaçı rəfiqəsidir. İddiaçı vasitəsilə Cavabdeh da tanıyır. 2023-cü ilin may-iyun aylarında İddiaçı evində İddiaçı Cavabdeh 50.000 (əlli min) manatdan çox pul verdiyinin şahidi olmuşdur. Lakin geri qaytarılması barədə heç bir məlumatı yoxdur. Həmçinin, onun təşkil etdiyi 10 nəfərdən ibarət, İddiaçı və Cavabdeh da iştirak etdiyi lotariya oyununda Cavabdeh pulu götürmüş, lakin geri qaytarmamışdır. Həmçinin, Turan Gülnara güvənli bir kredit təşkiları olduğu və ordan qızıl qoyub, pul götürə biləcəklərini demişdir. O da Gülnara bu deyilənlərə inanmamasını və oradan kredit götürməməsini məsləhət görmüşdür. Məhkəmədə Şahid2 bildirmişdi ki, Cavabdeh və İddiaçı tanıyır. İddiaçı və Cavabdeh da iştirak etdiyi lotariya oyununda Cavabdeh pulu götürmüş, lakin geri qaytarmamışdır. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 96-cı vərəqində olan damalı jurnal vərəqi üzərindəki "Mən Cavabdeh İddiaçı 65.000 Azn pul vəsaiti aldım. xx.xx.2023-cü ildə qaytaracam. İmza:" əlyazmaları və "İmza:" əlyazması qarşısındakı imza; 97-ci vərəqində olan damalı vərəq üzərindəki "Mən Cavabdeh, İddiaçı, 1200 Azn qızıl aldım. 19.08.23 tarixdə hər ay 400 - Azn verəcəm 3 -ay ərzində." əlyazmaları; 98-ci vərəqində olan damalı vərəq üzərində "Mən Cavabdeh, İddiaçı 1500 Azn-qızıl almışam. Hər ayın 1-də 500-Azn ödüyəcəm- 3 - ay ərzində." əlyazmaları; 99-cu vərəqində olan damalı jurnal vərəqi üzərindəki "Mən Cavabdeh, İddiaçı 3900 Azn aldım. 14.08.23-cü ildə qaytaracam. İmza:" əlyazmaları ("14.08.23" tarix göstəricisindəki "8" rəqəmindən başqa) və "İmza:” əlyazması qarşısındakı imza - Zeynalova, Turan Gülağa qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 99-cu vərəqində olan damalı jurnal vərəqi üzərindəki "Mən Cavabdeh, İddiaçı 3900 Azn aldım. 14.08.23-cü ildə qaytaracam. İmza:" əlyazmalarıda "14.08.23" tarix göstəricisindəki "8" rəqəmi tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bildirilir ki, həmin rəqəmin Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında rǝy vermək mümkün deyildir. İş materialında olan ödəniş qəbzlərindən görünür ki, TU******* Z******* adına 416973******8255 saylı kart hesabına müxtəlif vaxtlarda 15.914 (on beş min doqquz yüz on dörd) manat ödəniş həyata keçirilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, RƏ******* H******* adına 523915******5720 saylı kart hesabına 3000 (üç min) manat ödəniş həyata keçirilmişdir. İş materialında olan əlyazma kağızının surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2023cü il tarixdə qaytarmaq şərtilə xx.xx.2023-cü il tarixdə 6700 (altı min yeddi yüz) manat borc götürmüşdür. İş materialında olan əlyazma kağızının surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023cü il tarixədək qaytarmaq şərtilə X3, X2, X4, X1 şahidliyi ilə 65.000 (altımış beş min) manat borc götürmüşdür. İş materialında olan əlyazma kağızının surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023cü il tarixədə 03 (üç) ay ərzində hər ay 400 (dörd yüz) manat qaytarmaq şərtilə 1200 (min iki yüz) AZN qızıl almışdır. İş materialında olan əlyazma kağızının surətindən görünür ki, Cavabdeh İddiaçı 03 (üç) ay ərzində hər ay 500 (beş yüz) manat qaytarmaq şərtilə 1500 (min beş yüz) AZN qızıl almışdır. İş materialında olan əlyazma kağızının surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023cü il tarixədə qaytarmaq şərtilə 3900 (üç min doqquz yüz) manat almışdır. İş materialında olan 185/0723-1664AX saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və müqaviləyə əlavədən görünür ki, İddiaçı "xxxx" BOKT MMC-dən 03 (üç) ay müddətinə 3430 (üç min dörd yüz otuz) manat kredit götürmüşdür. İş materialında olan 185/0723-1664AXZG saylı xx.xx.2023-cü il tarixli girov müqaviləsinə əlavədən görünür ki, İddiaçı "xxxx" BOKT MMC-nə ümumi dəyəri 4810 (dörd min səkkiz yüz on) manat 51 (əlli bir) qəpik olan “20 qr 750 əyyarlıq Qolbq+klon və 21.5 qr 750 əyyarlıq Sep” girov qoymuşdur. İş materialında olan 185/0723-1657AX saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və müqaviləyə əlavədən görünür ki, İddiaçı "xxxx" BOKT MMC-dən 12 (on iki) ay müddətinə 4000 (dörd min dörd yüz otuz) manat kredit götürmüşdür. İş materialında olan 185/0723-1664AXZG saylı xx.xx.2023-cü il tarixli girov müqaviləsinə əlavədən görünür ki, İddiaçı "xxxx" BOKT MMC-nə ümumi dəyəri 6347 (altı min üç yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik olan “2,1 qr 500 əyyarlıq Sırğa 1 tək, 585 əyyarlıq 3,6 qr Üzük, 585 əyyarlıq 17,2 qr, 585 əyyarlıq 39,4 qr Sep” girov qoymuşdur. İş materiallarında olan AA3490907 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid1 xx.xx.1985-ci ildə anadan olmuşdur İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid2 xx.xx.1986-cı ildə anadan olmuşdur İş materialında olan xx.xx.2024-cü il tarixli 7E-1356 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı etibarnamədə qeyd edilən səlahiyyətlərini 03 (üç) il müddətinə Nümayəndə1 etibar etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ******* saylı vəkil orderindən görünür ki, Nümayəndə1 xx.xx.2024-cü il tarixli 67 saylı müqavilə əsasında İddiaçı mülki iş (pul tələbi) üzrə hüquqi yardım göstərir. İş materialında olan xx.xx.2024-cü il tarixli 7E-2143 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh etibarnamədə qeyd edilən səlahiyyətlərini 02 (iki) il müddətinə Vəkil2 etibar etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ******* saylı vəkil orderindən görünür ki, Vəkil2 xx.xx.2024-cü il tarixli 303 saylı müqavilə əsasında Cavabdeh mülki iş (pul tələbi) üzrə hüquqi yardım göstərir. İş materialında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 405 (dörd yüz beş) manat 51 (əlli bir) qəpik dövlət rüsumu ödəmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh qarşılıqlı iddianın verilməsi üçün 262 (iki yüz altmış iki) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 65.000 (altımış beş min) manat, 1200 (min iki yüz) manat, 1500 (min beş yüz) manat və 3900 (üç min doqquz yüz) manat olmaqla cəmi 71.600 (yetmiş bir min altı yüz) manat məbləğində pul vəsaitini alması əlyazma kağızları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2024-cü il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Eləcə də, mədaxil qəbzləri ilə təsdiq olunur ki, Cavabdeh adına olan kart hesabına müxtəlif vaxtlarda 15.914 (on beş min doqquz yüz on dörd) manat pul vəsaiti köçürülmüşdür. Əlavə olaraq Cavabdeh ilə İddiaçı oynadıqları lotareya oyununa görə 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh verilməsinə dair, həmçinin xx.xx.2023-cü il tarixdə 3000 (üç min) manat məbləğində pul vəsaitinin məhz Cavabdeh hesabına köçürülməsinə dair sübutlar təqdim edə edilməmişdir. Cavabdeh qarşılıqlı iddiası ilə bağlı 46150 manat pul vəsatinin İddiaçı verilməsi, həmçinin 62.3 qr (dəyəri 6208 manat) və 41.5 qr (dəyəri 4957 manat) qızıl zinnət əşyalarının ona məxsus olması müəyyən olunmadı. Məhkəmədə ilkin iddia üzrə iddiaçı-cavabdeh tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları qismən sübut etdi. Məhkəmədə qarşılıqlı iddia üzrə iddiaçı-cavabdeh tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdi. Məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2024-cü il tarixli ekspert rəyini nəzərə alaraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 87514 (səksən yeddi min beş yüz on dörd) manat məbləğdə borc və 405 (dörd yüz beş) manat 51 (əlli bir) qəpik dövlət rüsumu üçün ödənilmiş pul vəsaiti tutulub İddiaçı verilməli və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul və qızıl zinət əşyaları və ya dəyərinin, ödənilmiş dövlət rüsumu tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 87514 (səksən yeddi min beş yüz on dörd) manat məbləğdə borc və 405 (dörd yüz beş) manat 51 (əlli bir) qəpik dövlət rüsumu üçün ödənilmiş pul vəsaiti tutulub İddiaçı verilsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul və qızıl zinət əşyaları və ya dəyərinin, ödənilmiş dövlət rüsumu tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-457/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-457/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver