Məhkəmə qərarları › İş №e-2(018)-457/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-457/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-457/2025 24.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı icarə müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh xx.xx.2024-cü il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 248 (iki yüz qırx səkkiz) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi məhkəməyə göndərildikdən sonra ötən müddət ərzində icarə müqaviləsi qüvvədə olduğuna və xx.xx.2023-cü il tarixli, 6689 nömrəli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilmədiyinə görə borcun məbləği artaraq, xx.xx.2025-ci il tarixə 389.57 (üç yüz səksən doqquz manat, əlli yeddi qəpik) manat olduğunu, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53- cü maddəsinə əsasən iddia tələbinin həcmini dəyişdirərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, 6689 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə 389.57 (üç yüz səksən doqquz manat, əlli yeddi qəpik) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi tərəfindən elektron qaydada verilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, 6689 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə yaranmış 389.57 (üç yüz səksən doqquz manat, əlli yeddi qəpik) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini, Əmlak Məsələləri Dövlət Xidməti məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh tərəfindən icarə haqqı üzrə yaranmış borc tam ödənildiyini bildirərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh yaranmış icra borcunu tam ödədiyini bildirmiş və bu səbəbdən işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini qeyd etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı icarə müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar