Məhkəmə qərarları › İş №e-2(018)-462/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-462/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-462/2024 29.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Şirağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «borc tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 Cavabdeh1 Şirağa oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehlərdən mərhum X7 ilə bağlanmış 02 fevral 2022-ci il tarixli CP/83427/84/16 nömrəli müqaviləyə əsasən 8759 (səkkiz min əlli doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik əsas borc, 145 (bir yüz qırx beş) manat 48 (qırx səkkiz) qəpik faiz borcu olmaqla, 8905 manat (səkkiz min doqquz yüz beş) manat, 26 (iyirmi altı) qəpik və ödənilmiş dövlət rüsumuna görə 110 (yüz on) manat pulun cavabdehlər Cavabdeh1 Şirağa oğlundan, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutulub İddiaçı ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etməklə izahatında göstərdi ki, X6 ilə İddiaçı ASC-nin Lənkəran filalı arasında bağlanmış 02 fevral 2022-ci il tarixli CP/83427/84/16 nömrəli kredit müqaviləsinə əsasən X4 46 ay müddətinə, illik 25% olmaqla 9550 (doquz min beş yüz əlli) manat məbləğində kredit vermişdir. X3 8759 (səkkiz min əlli doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik əsas borc, 145 (bir yüz qırx beş) manat 48 (qırx səkkiz) qəpik faiz borcu olmaqla, 8905 manat (səkkiz min doqquz yüz beş) manat, 26 (iyirmi altı) qəpik borcu yaranmışdır. Cavabdehlər Cavabdeh1 Şirağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 X3 vərəsələri olmaqla onun hüquqi varisidirlər. X1 miras qalmış, Astara rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən 07 iyul 1998-ci il tarixdə verilmiş, seriya nömrəsi JN:323, KOD:80105018 olan Dövlət Aktında qeyd edilən Astara rayon Pəlikeş kəndi ərazisində yerləşən, ümumi sahəsi 0,53 hektar olan kənd təsərrüfatı malları istehsalı üçün torpaq sahəsindən mərhum X5 açatası paydan irsa almalarına dair, reyest nömrəsi 2V-733 olan 02 dekabr 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi”nə əsasən irs almalıdırlar. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 Şirağa oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 110 (yüz on) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC-nin Lənkəran filalı ilə X6 arasında bağlanmış 02 fevral 2022-ci il tarixli CP/83427/84/16 nömrəli kredit sazişindən və 02 fevral 2022-ci il tarixli məxaric orderindən görünür ki, X4 46 ay müddətinə, illik 25% olmaqla 9550 (doquz min beş yüz əlli) manat məbləğində kredit vermişdir. Mülki işə əlavə edilmiş 06 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış 02 fevral 2022-ci il tarixli CP/83427/84/16 nömrəli müqaviləyə əsasən 8759 (səkkiz min əlli doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik əsas borc, 145 (bir yüz qırx beş) manat 48 (qırx səkkiz) qəpik faiz borcu olmaqla, 8905 manat (səkkiz min doqquz yüz beş) manat, 26 (iyirmi altı) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 02 dekabr 2022-ci il tarixdə təsdiq edilmiş 2V-733 reyest nömrəli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi”ndən məlum olur ki, cavabdehlər Cavabdeh1 Şirağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mərhum X2 miras qalmış, Astara rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən 07 iyul 1998-ci il tarixdə verilmiş, seriya nömrəsi JN:323, KOD:80105018 olan Dövlət Aktında qeyd edilən Astara rayon Pəlikeş kəndi ərazisində yerləşən, ümumi sahəsi 0,53 hektar olan kənd təsərrüfatı malları istehsalı üçün torpaq sahəsindən mərhum X4 çatası paydan irs almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X6 ilə İddiaçı ASC-nin Lənkəran filalı arasında bağlanmış 02 fevral 2022-ci il tarixli CP/83427/84/16 nömrəli kredit müqaviləsinə əsasən mərhum X4 46 ay müddətinə, illik 25% olmaqla 9550 (doquz min beş yüz əlli) manat məbləğində kredit vermişdir. X3 8759 (səkkiz min əlli doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik əsas borc, 145 (bir yüz qırx beş) manat 48 (qırx səkkiz) qəpik faiz borcu olmaqla, 8905 manat (səkkiz min doqquz yüz beş) manat, 26 (iyirmi altı) qəpik borcu yaranmışdır. Cavabdehlər isə mərhum X3 hüquqi varisidirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 124.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 110 (yüz on) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Şirağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «borc tələbinə» iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 Şirağa oğlundan, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 02 fevral 2022-ci il tarixli CP/83427/84/16 nömrəli kredit sazişi (kredit müqaviləsi) üzrə 8759 (səkkiz min əlli doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik əsas borc, 145 (bir yüz qırx beş) manat 48 (qırx səkkiz) qəpik faiz borcu olmaqla, 8905 manat (səkkiz min doqquz yüz beş) manat, 26 (iyirmi altı) qəpik və ödənilmiş dövlət rüsumuna görə 110 (yüz on) manat alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar