Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-463/2024 21.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, X1 ilə, İddiaçı BOKT “X5” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT “X5” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə BOKT “X5” MMC arasında bağlanmış l3.09.2019-cu il tarixli, L-BK-0048582-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 8277,73 (səkkiz min iki yüz yetmiş yeddi manat 73 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3410,42 (üç min dörd yüz on manat 42 qəpik) manat faiz borcu, 79,48 (yetmiş doqquz manat 48 qəpik) manat cərimə borcu və 634,63 (altı yüz otuz dörd manat 63 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 12402,26 (on iki min dörd yüz iki manat 26 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun alınaraq BOKT “X5” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT “X5” MMC-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı BOKT “X5” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehbank olmayan kredit təşkilatı (bundan sonra BOKT) “X5” MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT “X5” MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0048582-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “qeyri biznes:torpaq alışı” məqsədilə borcluya 18 ay müddətinə, aylıq 3 %, illik 36% olmaqla 10000 (on min) AZN məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1.722,27 (bir min yeddi yüz iyirmi iki manat 27 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1.304,13 (bir min üç yüz dörd manat 13 qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 43,60 (qırx üç manat 60 qəpik) manat olmaqla cəmi 3.070,00 (üç min yetmiş manat 00 qəpik) manat məbləğində pul ödənilmişdir.Hal hazırda Cavabdeh təşkilata ödənilməmiş 8.277,73 (səkkiz min iki yüz yetmiş yeddi manat 73 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3.410,42 (üç min dörd yüz on manat 42 qəpik) manat faiz borcu və 79,48 (yetmiş doqquz manat 48 qəpik) manat məbləğində cərimə borcu var.Bundan əlavə, “X5” MMC ilə cavabdehƏiiyeva Kəmalə Kəmaləddin qızıarasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0048582-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur.Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər ol ur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 634,63 (altı yüz otuz dörd manat 63 qəpik) manat təşkil edir.Cavabdehlə BOKT “X5” MMC arasında bağlanmış l3.09.2019-cu il tarixli, L- BK-0048582-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 8277,73 (səkkiz min iki yüz yetmiş yeddi manat 73 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3410,42 (üç min dörd yüz on manat 42 qəpik) manat faiz borcu, 79,48 (yetmiş doqquz manat 48 qəpik) manat cərimə borcu və 634,63 (altı yüz otuz dörd manat 63 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 12402,26 (on iki min dörd yüz iki manat 26 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun alınaraq BOKT “X5” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT «X5» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0048582-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh “qeyri biznes:torpaq alışı” məqsədilə borcluya 18 ay müddətinə, aylıq 3 %, illik 36% olmaqla 10000 (on min) AZN məbləğində kredit pul verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli son xəbərdarlığ məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəməyə mülki iddia qaldırılacağı xəbərdar edilmişdir. İş materiallarında olan AA0979229 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddia ərizəsindən görünür ki, BOKT «X5» MMC tərəfindən 27882 nömrəli mədaxil qəbzilə elektron qaydada xx.xx.2023-cü il tarixində 30 manat dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı BOKT “X5” MMC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı BOKT “X5” MMC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 741 və 742.1-ci maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8277(səkkiz min iki yüz yetmiş yeddi) manat 73 qəpik əsas borc, 3410 (üç min dörd yüz on) manat 42 qəpik faiz, 09 (doqquz) manat 48 qəpik cərimə, 634 (altı yüz otuz dörd) manat 34 qəpik zərər və dövlət rüsumu üçün ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti tutulub BOKT “X5” MMC-nin xeyrinə ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8277 (səkkiz min iki yüz yetmiş yeddi) manat 73 qəpik əsas borc, 3410 (üç min dörd yüz on) manat 42 qəpik faiz, 09 (doqquz) manat 48 qəpik cərimə, 634 (altı yüz otuz dörd) manat 34 qəpik zərər və dövlət rüsumu üçün ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti tutulub BOKT “X5” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-463/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-463/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver