Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-474/2024 18.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 və Rəhmanov Mədəd Bəqəmməd oğluna qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 və Rəhmanov Mədəd Bəqəmməd oğluna qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia verərək, cavabdehlər X2 və Rəhmanov Mədəd Bəqəmməd oğlundan 23 may 2019-cu il tarixli, Rest№012CASA191430011 saylı güzəştli kredit müqaviləsi üzrə 441 (dörd yüz qırx bir) manat, 01 (bir) qəpik əsas borc, 84 (səksən dörd) qəpik faiz borcu, cəmi 441 (dörd yüz qırx) manat, 85 (səksən beş) qəpik borc və 30 manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" ASC cavabdeh X2 ilə 23 may 2019-cu il tarixli, Rest№012CASA191430011 saylı güzəştli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən illik 49,9 faiz ödənilməsi şərtilə, 60 ay müddətinə 1969 (min doqquz yüz altmış doqquz) manat, 65 (altmış beş) qəpik məbləğində kredit vəsaiti verilmişdir. Borcun təminatı olaraq Rəhmanov Mədəd Bəqəmməd oğlu ilə 23 may 2019-cu il tarixli, 012FİZAM06632004 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin, cavabdehlər X2 və Rəhmanov Mədəd Bəqəmməd oğluna kredit borclarını banka ödəməkdən yayınmış, beləliklə, 23 may 2019-cu il tarixli, Rest№012CASA191430011 saylı güzəştli kredit müqaviləsi üzrə 441 (dörd yüz qırx bir) manat, 01 (bir) qəpik əsas borc, 84 (səksən dörd) qəpik faiz borcu, cəmi 441 (dörd yüz qırx) manat, 85 (səksən beş) qəpik və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X2 arasında bağlanmış 23 may 2019cu il tarixli, Rest№012CASA191430011 saylı güzəştli kredit müqaviləsindən görünür ki, təşkilat X1 60 ay müddətinə, 1% dərəcəsi ilə 1969 (bir min doqquz yüz altmış doqquz) manat, 65 (altmış beş) qəpik kredit vermişdir. İş materiallarında olan 23 may 2019-cu il tarixli, 012FİZAM06632004 saylı zaminlik müqaviləsindən görünür ki, Rəhmanov Mədəd Bəqəmməd oğlu 23 may 2019-cu il tarixli, Rest№012CASA191430011 saylı güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kreditor qarşısında cavabdeh X2 ilə birgə məsuliyyət daşıyır və üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, cavabdehlər X2 və Rəhmanov Mədəd Bəqəmməd oğlunun banka, 23 may 2019-cu il tarixli, Rest№012CASA191430011 saylı güzəştli kredit müqaviləsi üzrə 441 (dörd yüz qırx bir) manat, 01 (bir) qəpik əsas borc, 84 (səksən dörd) qəpik faiz borcu, cəmi 441 (dörd yüz qırx) manat, 85 (səksən beş) qəpik borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X2 və Rəhmanov Mədəd Bəqəmməd oğlunun banka, 23 may 2019-cu il tarixli, Rest№012CASA191430011 saylı güzəştli kredit müqaviləsi üzrə 441 (dörd yüz qırx bir) manat, 01 (bir) qəpik əsas borc, 84 (səksən dörd) qəpik faiz borcu, cəmi 441 (dörd yüz qırx) manat, 85 (səksən beş) qəpik və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza var Zamin İbrahimov Əsli ilə düzdür: Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №e-2(018)-474/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-474/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver