Məhkəmə qərarları › İş №e-2(018)-493/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-493/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-493/2025 03.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq Müəyyən Etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3332 (üç min üç yüz otuz iki) manat 50 (əlli) qəpik əsas, 258 (iki yüz əlli səkkiz) manat faiz, 11 (on bir) manat 75 (yetmiş beş) qəpik cərimə, cəmi 3602 (üç min altı yüz iki) manat 52 (əlli iki) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 56 (əlli altı) manat 43 (qırx üç) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 113nkLKN/24 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2028-ci il tarixinədək, illik 24% ödəmək şərtilə 3373 AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsini imzalamaqla həmçinin “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli kütləvi ofertanı (aksept) təsdiq etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər kredit müqavilələrinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borcalanın digər kredit müqavilələri üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3332,5 AZN əsas, 258,27 AZN faiz, 11,75AZN cərimə borcun və dövlət rüsumu olaraq ödənilmiş 56.43 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2024-cü il tarixli 113nkLKN/24 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC illik 24% (iyirmi beş faiz) ödəmək şərtilə xx.xx.2028-ci il tarixədək 3373 (üç min üç yüz yetmiş üç) manat məbləğində kredit borcalanın hesabına köçürülmüşdür. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2028-ci il tarixədək 3373 (üç min üç yüz yetmiş üç) manat məbləğində kreditin aylıq ödəniş məbləği müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, “X2” ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2024-cü il tarixli 113nkLKN/24 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-nə 3332 (üç min üç yüz otuz iki) manat 50 (əlli) qəpik əsas, 258 (iki yüz əlli səkkiz) manat faiz, 11 (on bir) manat 75 (yetmiş beş) qəpik cərimə, cəmi 3602 (üç min altı yüz iki) manat 52 (əlli iki) qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdehnun "xxxx" Kommersiya Bankı ASC-nə yaranmış borcun məbləği və Cavabdeh tərəfindən "xxxx" Kommersiya Bankı ASC-nə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. Mülki işə əlavə edilmiş AZE № ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 56 (əlli altı) manat 43 (qırx üç) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlirəm ki, xx.xx.2023cü 1231sLKNb/23 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 11 (on bir) manat 75 (yetmiş beş) qəpik cərimə məbləğində dəbbə pulu azaldılaraq 01 (bir) manat 75 (yetmiş beş) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 3332 (üç min üç yüz otuz iki) manat 50 (əlli) qəpik əsas borc, 258 (iki yüz əlli səkkiz) manat faiz borcu, 01 (bir) manat 75 (yetmiş beş) qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 56 (əlli altı) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti tutulub “X2” ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3332 (üç min üç yüz otuz iki) manat 50 (əlli) qəpik əsas borc, 258 (iki yüz əlli səkkiz) manat faiz borcu, 01 (bir) manat 75 (yetmiş beş) qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 56 (əlli altı) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti tutulub “X2” ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar