Məhkəmə qərarları › İş №e-2(018)-495/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-495/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-495/2025 24.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun tutulması» barədə iddia verərək,Cavabdeh 328.15 (üç yüz iyirmi səkkiz manat, on beş qəpik) manat əsas borc, 0.30 (otuz qəpik) manat faiz borcu, 0.30 (otuz qəpik) manat cərimə borcu, cəmi 328.75 (üç yüz iyirmi səkkiz manat, yetmiş beş qəpik) manat pulun və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun alınıb "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 569rstLKN/19 saylı Güzəştli Kredit və X1 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 2960,20 (iki min doqquz yüz altmış manat, iyirmi qəpik) manat məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla), illik 1 % ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh kredit borclarını banka ödəməkdən yayınmış, beləliklə də 328.15 (üç yüz iyirmi səkkiz manat, on beş qəpik) manat əsas borc, 0.30 ( otuz qəpik) manat faiz borcu, 0.30 (otuz qəpik) manat cərimə borcu,cəmi 328.75 (üç yüz iyirmi səkkiz manat, yetmiş beş qəpik) manat pulun və 30.40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır.

1. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 569rstLKN/19 saylı Güzəştli Kredit və X1 görə 60 ay müddətinə, 12 ay güzəşt müddəti və komission haqqı 0 manat olmaqla, illik 1 % ödəmək şərtilə 2960,20 (iki min doqquz yüz altmış manat, iyirmi qəpik) manat məbləğində kredit verilmişdir. 2."xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 25 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 328.15 (üç yüz iyirmi səkkiz manat, on beş qəpik) manat əsas borc, 0.30 (otuz qəpik) manat faiz borcu, 0.30 (otuz qəpik) manat cərimə borcu, cəmi 328.75 (üç yüz iyirmi səkkiz manat, yetmiş beş qəpik) manat pul borcludur. 3.Ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit vərazılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 328.15 (üç yüz iyirmi səkkiz manat, on beş qəpik) manat əsas borc, 0.30 (otuz qəpik) manat faiz borcu, 0.30 (otuz qəpik) manat cərimə borcu, cəmi 328.75 (üç yüz iyirmi səkkiz manat, yetmiş beş qəpik) manat və 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar