Məhkəmə qərarları › İş №e-2(018)-498/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-498/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-498/2024 18.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsinə” kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3656 (üç min altı yüz əlli altı) manat məbləğində vurulmuş zərər məbləğinin və 56 (əlli altı) manat, 60 (altmış) qəpik məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində, saat 12:56 radələrində Bakı şəhəri, Təbriz küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mazda CX-9” markalı,**-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 idarə etdiyi “Jaguar” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş,nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Mazda CX-9” markalı,**-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020ci il tarixinə qədər PXA********** saylı icbari siğortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən “Jaguar” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3656 (üç min altı yüz əlli altı) manat məbləğində ziyan dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.202021-ci il tarixli ödəniş sənədindən aydın görünür ki, zərərin məbləği olaraq 3656 (üç min altı yüz əlli altı) manat, sığorta ödənişi iddiaçı tərəfindən X2 etibarnamə üzrə nümayəndəsi X4 bank hesabına ödənilmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarından və onun əsasından tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Əliyeva X3 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 (yüz) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 56 (əlli altı) manat, 60 (altmış) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş “İcbari Sığorta müqaviləsinə dair” məlumatından görünür ki, “Mazda CX-9” markalı, **-ZO-*** dövlət nömrə nişanlı avtomobil 15 dekabr 2019-cu il tarixdən,15 dekabr 2020-ci il tarixədək PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Mülki işə əlavə edilmiş PXA71772 saylı sığorta aktından görünür ki, 15 dekabr 2019-cu il tarixdə sığortalanmış xx.xx.2020-ci il tarixdə, saat 12:56 radələrində Bakı şəhəri,Təbriz küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mazda CX-9” markalı,**-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 idarə etdiyi “Jaguar” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş,nəticədə sonuncuya maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən “Jaguar” markalı, **-EU-*** dövlət qeyidyyat nişanlı avtomobilə 3656 (üç min altı yüz əlli altı) manat məbləğində ziyan dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.202021-ci il tarixli ödəniş sənədindən aydın görünür ki, zərərin məbləği olaraq 3656 (üç min altı yüz əlli altı) manat, siğorta ödənişi iddiaçı tərəfindən X2 etibarnamə üzrə nümayəndəsi X4 bank hesabına ödənilmişdir. Mülki işə əlavə edilmiş 23 oktyabr 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinin 1 və və 2-ci hissələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası MM-in 936-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında zərərin ödənilməsinə dair onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 3656 (üç min altı yüz əlli altı) manat məbləğində vurulmuş zərər "xxxx" ASC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının tələb etdiyi 56 (əlli altı) manat, 60 (altmış) qəpik məbləğində olan dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsinə dair» iddiası təmin edilsin. Cavabdeh X1 3656 (üç min altı yüz əlli altı) manat məbləğində vurulmuş zərərin məbləği və 56 (əlli altı) manat, 60 (altmış) qəpik məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar