Məhkəmə qərarları › İş №e-2(018)-508/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-508/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-508/2024 06.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X2 İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1094 (min doxsan dörd) manat 13 (on üç) qəpik əsas kredit borcu, 338 (üç yüz otuz səkkiz) manat 35 (otuz beş) qəpik kreditdən istifadəyə görə faiz, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 143 (yüz qırx üç) manat 10 (on) qəpik faiz borcu borcu olmaqla, cəmi 1575 (min beş yüz yetmiş beş) manat 58 (əlli səkkiz) qəpik borcu və 35 (otuz beş) manat 76 (yetmiş altı) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3030/KBK güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də, öhdəlik üzrə dəfələrlə şifahi və rəsmi bildirişlə müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdehnın xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 1094 (min doxsan dörd) manat 13 (on üç) qəpik əsas, 06 (altı) manat 11 (on bir) qəpik faiz, cəmi 1575 (min beş yüz yetmiş beş) manat 58 (əlli səkkiz) qəpik borcu qalmaqdadır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1094 (min doxsan dörd) manat 13 (on üç) qəpik əsas kredit borcu, 338 (üç yüz otuz səkkiz) manat 35 (otuz beş) qəpik kreditdən istifadəyə görə faiz, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 143 (yüz qırx üç) manat 10 (on) qəpik faiz, borcu borcu olmaqla, cəmi 1575 (min beş yüz yetmiş beş) manat 58 (əlli səkkiz) qəpik borcu və 35 (otuz beş) manat 76 (yetmiş altı) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 35 (otuz beş) manat 76 (yetmiş altı) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 08/3030/KBK saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə illik 25% dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdehnın xx.xx.2019-cu il tarixli 08/3030/KBK kredit müqaviləsi üzrə 1094 (min doxsan dörd) manat 13 (on üç) qəpik əsas kredit borcu, 06 (altı) manat 11 (on bir) qəpik faiz, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 143 (yüz qırx üç) manat 10 (on) qəpik faiz borcu, cəmi 1575 (min beş yüz yetmiş beş) manat 58 (əlli səkkiz) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3030/KBK kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün hesab edirəm ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35 (otuz beş) manat 76 (yetmiş altı) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 08/3030/KBK saylı güzəştli kredit müqaviləsi üzrə 1094 (min doxsan dörd) manat 13 (on üç) qəpik əsas borc, 338 (üç yüz otuz səkkiz) manat 35 (otuz beş) qəpik faiz borcu, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 143 (yüz qırx üç) manat 10 (on) qəpik faiz borcu cəmi 1575 (min beş yüz yetmiş beş) manat 58 (əlli səkkiz) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat 76 (yetmiş altı) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar