Məhkəmə qərarları › İş №e-2(018)-543/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-543/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-543/2024 03.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 İsrail oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 6822 (altı min səkkiz yüz iyirmi iki) manat 74 (yetmiş dörd) qəpik əsas kredit borcu, 80 (səksən) manat 66 (altmış altı) qəpik kreditdən istifadəyə görə faiz borcu, 4 (dörd) manat 14 (on dörd) qəpik cərimə olmaqla, cəmi 6907 (altı min doqquz yüz yedd) manat 54 (əlli dörd) qəpik borcunun, həmçinin 89 (səksən doqquz) manat 08 (səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-yə ödənilinəsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi. İddiaçı ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 5250***- *******02L saylı xx.xx.2022-ci ıl tarixli tarixli Əsas Kredit razılaşmasına əsasən cavabdeh X3 36 (otuz altı) ay müddətinə illik 17.1% (on yeddi tam onda bir faiz) kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 14000 (on dörd min) manat məbləğində kredit verilmişdir (kredit mətni iş materiallarına əlavə edilmişdir). Lakin Əsas Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh “Bank Respublika'’ ASC-nə xx.xx.2024-cü il tarixə 6822 (altı min səkkiz yüz iyirmi iki) manat 74 (yetmiş dörd) qəpik əsas kredit borcu, 80 (səksən) manat 66 (altmış altı) qəpik kreditdən istifadəyə görə faiz borcu, 4 (dörd) manat 14 (on dörd) qəpik cərimə olmaqla, cəmi 6907 (altı min doqquz yüz yedd) manat 54 (əlli dörd) qəpik borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdir. Cavabdeh 6822 (altı min səkkiz yüz iyirmi iki) manat 74 (yetmiş dörd) qəpik əsas kredit borcu, 80 (səksən) manat 66 (altmış altı) qəpik kreditdən istifadəyə görə faiz borcu, 4 (dörd) manat 14 (on dörd) qəpik cərimə olmaqla, cəmi 6907 (altı min doqquz yüz yeddi) manat 54 (əlli dörd) qəpik, həmçinin 89 (səksən doqquz) manat 08 (səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə ödənilinəsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X4 iddianı qismən qəbul edərək, bildirdi ki, borcun cərimə hiissəsindən başqa iddianı qəbul edirlər. Oğlunun maddi durumu yaxşı olmadığı üçün borcu birdəfəlik deyil, hissi-hissə ödəyə bilər. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-cu il tarixli 5250***-*******02L saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 636 (otuz altı) ay müddətinə illik 17.1% (on yeddi tam onda bir faiz) ödəmək şərtilə 14000 (on dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nə 6822 (altı min səkkiz yüz iyirmi iki) manat 74 (yetmiş dörd) qəpik əsas kredit borcu, 80 (səksən) manat 66 (altmış altı) qəpik kreditdən istifadəyə görə faiz borcu, 4 (dörd) manat 14 (on dörd) qəpik cərimə olmaqla, cəmi 6907 (altı min doqquz yüz yedd) manat 54 (əlli dörd) qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı ASC-nə 6822 (altı min səkkiz yüz iyirmi iki) manat 74 (yetmiş dörd) qəpik əsas kredit borcu, 80 (səksən) manat 66 (altmış altı) qəpik kreditdən istifadəyə görə faiz borcu, 4 (dörd) manat 14 (on dörd) qəpik cərimə olmaqla, cəmi 6907 (altı min doqquz yüz yedd) manat 54 (əlli dörd) qəpik cərimə borcu vardır. Cavabdeh tərəfindən İddiaçı ASC-nə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli razılaşmaya əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 14000 (on dörd min) manat kredit verilmiş və aylar üzrə ödəniş məbləğləri müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 89 (səksən doqquz) manat 08 (səkkiz) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 6822 (altı min səkkiz yüz iyirmi iki) manat 74 (yetmiş dörd) qəpik əsas kredit borcu, 80 (səksən) manat 66 (altmış altı) qəpik kreditdən istifadəyə görə faiz borcu, 4 (dörd) manat 14 (on dörd) qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 89 (səksən doqquz) manat 08 (səkkiz) qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6822 (altı min səkkiz yüz iyirmi iki) manat 74 qəpik əsas borc, 80 (səksən) manat 66 qəpik faiz borcu, 01 (bir) manat 14 qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 89 (səksən doqquz) manat 08 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar