Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-571/2025 12.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Astara rayon Notariat Ofisi və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan və qeyrilərindən Cavabdeh2SC-nin xeyrinə ödənilməmiş 68618,65 manat məbləğində tutmanın ipoteka edilmiş ünvan 1 ünvanında olan 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 309,1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi barədə xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclası 12 may 2025-ci il tarixə saat 15:00-a təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında məhkəmədənkənar razılıq əldə edildiyindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil sonradan, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında məhkəmədənkənar razılıq əldə edildiyindən iddia tələbindən imtina etdiklərini bildirmiş, iddia tələbindən imtinanı qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh2 ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 12 may 2025-ci il tarixdə ərizə ilə müraciət edərək iddiaçının iddiadan imtina etdiyinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh Astara rayon Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, məhkəmə iclasında iştirak etməmənin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nemayəndəsinin ərizələrini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, tərəfin iddiasından imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiaçının iddiadan imtinası qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 191-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Astara rayon Notariat Ofisi və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtina etməsi qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-571/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-571/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver