Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-60/2024 06.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi X2 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi tələbinə dair» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılmasına dair» məhkəmədə iddia qaldırmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 avqust 2021-ci il tarixli RGTK4050323A176 saylı kredit müqaviləsinə əsasən cavabdehə 83 ay müddətinə illik 20 faiz olmaqla 8001,67 manat kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borc alan krediti qəbul etməyi və kredit üzrə hesablanacaq faizləri hər ay banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və nəticədə oların İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsi üzrə 7068,21 (yeddi min altmış səkkiz manat, iyirmi bir qəpik) manat əsas borc və 656,55 (altı yüz əlli altı manat, əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 7724,76 (yeddi min yeddi yüz iyirmi dörd manat, yetmiş altı qəpik) manat borcu yaranmışdır. Qeyd edilən xüsüsatları əsas gətirərək, Cavabdeh 7068,21 (yeddi min altmış səkkiz manat, iyirmi bir qəpik) manat əsas borc və 656,55 (altı yüz əlli altı manat, əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 7724,76 (yeddi min yeddi yüz iyirmi dörd manat, yetmiş altı qəpik) manat məbləğində pul və 97,25 (doxsan yeddi manat, iyirmi beş qəpik) manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələblərini müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxaraq iddialarının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddiaya baxaraq, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə aşağıda qeyd olunan sənədləri sübut növü kimi qəbul edir:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2021-ci il tarixli RGTK4050323A176 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərtilə, 83 ay müddətinə 8001,67 manat məbləğində kredit vermişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh banka 19 may 2022-ci tarixli, RGTK5348395A226 nömrəli kredit müqaviləsi üzrə 5745,89 (beş min yeddi yüz qırx beş manat, səksən doqquz qəpik) manat əsas, 770,24 (yeddi yüz yetmiş manat iyirmi dörd qəpik) manat faiz borcu, ümumilikdə 6516,13 (altı min beş yüz on altı manat, on üç qəpik) manat borcu vardır.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar etmişdir.
4. Ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 97,25 (doxsan yeddi manat, iyirmi beş qəpik) manat dövlət rüsumu ödəmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9790 saylı rəyindən görünür ki, 18 avqust 2021-ci il tarixli RGTK4050323A176 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 30 avqust 2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin olan borcu 7,065,04 (yeddi min altmış beş manat dörd qəpik) əsas borc, 600,53 (altı yüz manat, əlli üç qəpik) faiz borcu müəyyən edilmişdir. İşin məhkəmə baxışında müəyyən olunmuş faktiki hallarından bir daha aydın olur ki, bank kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirmiş, lakin cavabdeh öz öhdəliklərinin vaxtında və lazımi qaydada icrasından yayınmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni zamanda, həmin Məcəllənin 386.1-ci maddəsində qeyd olunur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bank borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verir, borcalan isə üzərinə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməyə dair pul öhdəliyi götürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş və beləliklə də, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 7,065,04 (yeddi min altmış beş manat dörd qəpik) əsas borc, 600,53 (altı yüz manat, əlli üç qəpik) faiz borcu, ümumilikdə 7665,57 (yeddi min altı yüz altmış beş manat, əlli yeddi qəpik) manat borcu yaranmışdır. İşin sadalanan hallarını əsas götürən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 7,065,04 (yeddi min altmış beş manat dörd qəpik) əsas borc, 600,53 (altı yüz manat, əlli üç qəpik) faiz borcu, ümumilikdə 7665,57 (yeddi min altı yüz altmış beş manat, əlli yeddi qəpik) manat məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 97,25 (doxsan yeddi manat, iyirmi beş qəpik) manat pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hazırki mülki iş üzrə ekspert rəyi cavabdehin əleyhinə olduğu üçün ekspertiza xərci də cavabdehdən tutulmalıdır. Odur ki, ekspertiza xərcini təşkil edən 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 1.Cavabdeh 7,065,04 (yeddi min altmış beş manat dörd qəpik) əsas borc, 600,53 (altı yüz manat, əlli üç qəpik) faiz borcu, ümumilikdə 7665,57 (yeddi min altı yüz altmış beş manat, əlli yeddi qəpik) manat məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 97,25 (doxsan yeddi manat, iyirmi beş qəpik) manat pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin.
2. İddia qalan hissədə təmin olunmasın.
3. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Zamin İbrahimov