Məhkəmə qərarları › İş №e-2(018)-619/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-619/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-619/2024 27.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi, hakim İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tələbi barədə” iddia ərizəsinə dair mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar