Məhkəmə qərarları › İş №e-2(018)-630/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-630/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-630/2025 04.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «pul tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, BRCB5913225B299 saylı kartına dair müqaviləyə 1994,12 (min doqquz yüz doxsan dörd manat, on iki qəpik) manat əsas, 269,10 (iki yüz altmış doqquz manat, on qəpik) manat faiz, cəmi 2263,22 (iki min iki yüz altmış üç manat, iyirmi iki qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, GTZK0538561C299 saylı kredit müqaviləsinə əsasən 500 (beş yüz) manat əsas, 66,14 (altmış altı manat, on dörd qəpik) manat faiz, cəmi 566,14 (beş yüz altmış altı manat, on dörd qəpik) manat borcun və ödənilmiş 48,29 (qırx səkkiz manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB5913225B299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 1500 (min beş yüz) manat məbləğində pul mədaxil edilmiş, kredit xəttinin istifadə edilə biləcək məbləği ümumillikdə 15000 (on beş min) manat həddində müəyyən edilmişdir. Kredit nağd qaydada deyil,cavabdehin elektron imzası əsasında ona məxsus olan kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK0538561C299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 35 ay müddətinə illik 33,5 faiz dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.Kredit nağd qaydada deyil,cavabdehin elektron imzası əsasında ona məxsus olan kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, BRCB5913225B299 saylı kredit dair müqaviləsinə əsasən 1994,12 (min doqquz yüz doxsan dörd manat,on iki qəpik) manat əsas, 269,10 (iki yüz altmış doqquz manat,on qəpik) manat faiz, cəmi 2263,22 (iki min iki yüz altmış üç manat,iyirmi iki qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, GTZK0538561C299 saylı kredit müqaviləsinə əsasən 500 (beş yüz) manat əsas, 66,14 (altmış altı manat, on dörd qəpik) manat faiz, cəmi 566,14 (beş yüz altmış altı manat,on dörd qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 48,29 (qırx səkkiz manat,iyirmi doqquz qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, RCB5913225B299 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 32 faiz dərəcəsi ilə 1500 (min beş yüz) manat məbləğində kredit limiti müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, GTZK0538561C299 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 35 ay müddətinə illik 33,5 faiz dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə BRCB5913225B299 saylı kredit müqaviləsinə əsasən 1994,12 (min doqquz yüz doxsan dörd manat, on iki qəpik) manat əsas, 269,10 (iki yüz altmış doqquz manat, on qəpik) manat faiz, cəmi 2263,22 (iki min iki yüz altmış üç manat, iyirmi iki qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, GTZK0538561C299 saylı kredit müqaviləsinə əsasən 500 (beş yüz) manat əsas, 66,14 (altmış altı manat, on dörd qəpik) manat faiz, cəmi 566,14 (beş yüz altmış altı manat,on dörd qəpik) manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 48,29 (qırx səkkiz manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, BRCB5913225B299 saylı kredit müqaviləsinə əsasən 1994,12 (min doqquz yüz doxsan dörd manat, on iki qəpik) manat əsas, 269,10 (iki yüz altmış doqquz manat, on qəpik) manat faiz, cəmi 2263,22 (iki min iki yüz altmış üç manat, iyirmi iki qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, GTZK0538561C299 saylı kredit müqaviləsinə əsasən 500 (beş yüz) manat əsas, 66,14 (altmış altı manat, on dörd qəpik) manat faiz, cəmi 566,14 (beş yüz altmış altı manat, on dörd qəpik) manat məbləğin və 48,29 (qırx səkkiz manat, iyirmi doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar