Məhkəmə qərarları › İş №e-2(018)-639/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-639/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-639/2024 05.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» barədə iddia verərək, Cavabdeh xx.xx.2019 tarixli, 029QRUP142690005/R saylı kredit müqaviləsi üzrə 1971,31(min doqquz yüz yetmiş bir manat,otuz bir qəpik) manat əsas borc, 20,12 (iyirmi manat,on iki qəpik) manat faiz borcu, cəmi 1991,43(min doqquz yüz doxsan bir manat,qırx üç qəpik) manat pulun və 39,92 (otuz doqquz manat,doxsan iki qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019 tarixli, 029QRUP142690005/R saylı kredit müqaviləsi imzalanmışdır.Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, illik 1% olmaqla 2311,31(iki min üç yüz on bir manat,otuz bir qəpik) manat kredit verilmişdir.Lakin,Cavabdeh kredit borclarını banka ödəməkdən yayınmış, beləliklə də xx.xx.2019 tarixli, 029QRUP142690005/R saylı kredit müqaviləsi üzrə 1971,31(min doqquz yüz yetmiş bir manat,otuz bir qəpik) manat əsas borc, 20,12(iyirmi manat,on iki qəpik) manat faiz borcu,cəmi 1991,43(min doqquz yüz doxsan bir manat,qırx üç qəpik) manat pulun və 39,92(otuz doqquz manat,doxsan iki qəpik) manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019 tarixli, 029QRUP142690005/R saylı kredit müqaviləsi üzrə 2311,31(iki min üç yüz on bir manat,otuz bir qəpik) manat məbləğində kredit müqaviləsi bağlanılmış, həmin məbləğ Cavabdeh verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2019 tarixli, 029QRUP142690005/R saylı kredit müqaviləsi üzrə 1971,31(min doqquz yüz yetmiş bir manat,otuz bir qəpik) manat əsas borc, 20,12(iyirmi manat,on iki qəpik) manat faiz borcu,cəmi 1991,43(min doqquz yüz doxsan bir manat,qırx üç qəpik) manat pul borcu vardır. Ödəniş tapşırığından görünür ki, İddiaçı X2 Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 39,92(otuz doqquz manat,doxsan iki qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 39,92 (otuz doqquz manat,doxsan iki qəpik) dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019 tarixli, 029QRUP142690005/R saylı kredit müqaviləsi üzrə 1971,31 (min doqquz yüz yetmiş bir manat,otuz bir qəpik) manat əsas borc, 20,12 (iyirmi manat,on iki qəpik) manat faiz borcu,cəmi 1991,43(min doqquz yüz doxsan bir manat,qırx üç qəpik) manat borc və dövlət rüsumu üçün ödənilmiş 39,92 (otuz doqquz manat,doxsan iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar