Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-640/2024 23.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, №AA 01/182 saylı nisyə alqı-satqı müqaviləsi üzrə müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1810 (min səkkiz yüz on) manat əsas borc, 1918 (min doqquz yüz on səkkiz) manat 60 (altmış) qəpik cərimə borcu olmaqla, ümumilikdə 3728 (üç min yeddi yüz iyirmi səkkiz) manat 60 (altmış) qəpik məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 57 (əlli yeddi) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, №AA 01/182 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 ilkin ödəniş 1300 (bir min üç yüz) manat olmaqla 12 (on iki) ay müddətinə aylıq ödənişi 210 (iki yüz on) manat olmaq şərti ilə ümumi satış dəyəri 3820 (üç min səkkiz yüz iyirmi) manat təşkil edən “Apple” brendinə məxsus “İPhone 14 Pro Max 256GB Deep Purple” markalı mobil telefon satılmışdır. Nisyə alqı-satqı müqaviləsindəki öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli №AA01/182 müqaviləsinə əlavə olaraq zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Beləki cavabdeh ilkin ödəniş kimi nəzərdə tutulmuş 1300 (bir min üç yüz) manat məbləğində vəsaiti ödədikdən sonra müqavilənin ayrılmaz tərkib hissəsi olan Təhvil-təslim aktı ilə müqavilənin predmeti olan daşınar əşyanı mülkiyyətinə qəbul etmişdir. Buna baxmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 210 (iki yüz on) manat ödəniş ödəməli olduğu halda aylar üzrə gecikdirilmiş natamam ödənişlər etmişdir ki bu da cəmi ilkin ödənişdən əlavə 710 (yeddi yüz on) manat təşkil edir. Buna görə də müqavilənin 3.1.3-cü bəndində nəzərdə tutulmuş qaydada (hər gecikdirilən gün üçün qalıq məbləğinin 1%-i miqdarında) alıcıdan tutulması üçün 1918,6 (bir min doqquz yüz on səkkiz manat, altmış qəpik) manat cərimə məbləği qeydə alınmışdır. Bu nisyə alqı-satqı müqaviləsi üzrə əsas borc 1810 (bir min səkkiz yüz on) manat, cərimə borcu 1918,6 (bir min doqquz yüz on səkkiz manat, altmış qəpik) manat, beləliklə ümumi borc cəmi 3728,6 (üç min yeddi yüz iyirmi səkkiz manat, altmış qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, nisyə alqı-satqı müqaviləsinə əsasən 3728,6 (üç min yeddi yüz iyirmi səkkiz manat, altmış qəpik) manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, №AA 01/182 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 İddiaçı olan cəmi 3728,6 (üç min yeddi yüziyirmi səkkiz manat, altmış qəpik) manat məbləğində borcun və ödənilmiş 57,29 (əlli yeddi manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən, yəni borclu Cavabdeh1 və zamin Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixli teleqramla müraciət edərək xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 57 (əlli yeddi) manat 29 (iyirmi doqquz) qəpik dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, №AA 01/182 saylı nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, №AA 01/182 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı 1810 (min səkkiz yüz on) manat əsas borcu, 1918 (min doqquz yüz on səkkiz) manat 60 (altmış) qəpik cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, №AA 01/182 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 12 ay müddətinə, hər ay 210 (iki yüz on) manat ödəmək şərtilə ümumi dəyəri 3820 (üç min səkkiz yüz iyirmi) manat olan “İPhone 14 Pro Max 256GB Deep Purple” mobil telefonu verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, №AA 01/182 saylı nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilməsinə zamin durur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, №AA 01/182 saylı nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı qarşısında yaranmış vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əmlakın almasına dair hüququndan istifadə etmiş, ödənişləri ödəməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, №AA 01/182 saylı nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 1918 (min doqquz yüz on səkkiz) manat 60 (altmış) qəpik cərimə pulu azaldılaraq 68 (altmış səkkiz) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 57 (əlli yeddi) manat 29 (iyirmi doqquz) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və cavabdehlərin əmlak mənafelərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1810 (min səkkiz yüz on) manat əsas borc, 68 (altmış səkkiz) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 57 (əlli yeddi) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 1810 (min səkkiz yüz on) manat əsas borc, 68 (altmış səkkiz) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 57 (əlli yeddi) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-640/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-640/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver