Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-646/2024 09.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı “X5 Azərbaycan”QSC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 581 (beş yüz səksən bir) manat 39 (otuz doqquz) qəpik məbləğində dəymiş maddi zərərin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X5 Azərbaycan” QSC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixli elektron ərizə ilə müraciət edərək, 2(018)-646/2024 saylı işin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və bankın iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X5 Azərbaycan” QSC iddia ərizəsində göstərmişdi ki, cavabdeh X2 YapıKredi Bank Azərbaycan" QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2021ci il tarixli, 2(018)-429/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. İddiaçı "X5 Azərbaycan" QSC "X1" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "X1"xxxx"X1 MMC" öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məhkəmə qətnaməsi üzrə ödənilməmiş pul borcu, o cümlədən ödənilən xx.xx.2021-ci il tarixindəki 325.54 manat, xx.xx.2021-ci il tarixindəki 100 manat, xx.xx.2021-ci il tarixindəki 200 manat, xx.xx.2022-ci il tarixindəki 1700 manatın geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait "X1" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə da X5 Azərbaycan QSC tərəfindən "X1" MMC-yə 581.39 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "X1" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 25% həcmində yəni ümumilikdə 581.39 manat məbləğində xidmət haqqı ödəmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 581.39 manat məbləğində dəymiş maddi zərərin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi üzrə heç bir icra tədbiri görülmədən borcu “X5 Azərbaycan” QSC-nə ödəmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi üzrə bütün öhdəliklərini yerinə yetirdiyini və ötən 3 il müddət ərzində “X5 Azərbaycan” QSC tərəfindən tələb irəli sürülmədiyindən müddətin nəzərə alınaraq iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. İddiaçı “X5 Azərbaycan” QSC tərəfindən təqdim olunan maliyyə arayışına əsasən, iddiaçı "X5 Azərbaycan" QSC "X1" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən Cavabdeh tərəfindən 2325 (iki min üç yüz iyirmi beş) manat 54 (əlli dörd) qəpik pul vəsaitinin ödənilməsi "X1" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X5 Azərbaycan” QSC tərəfindən "X1" MMC-yə 581 (beş yüz səksən bir) manat 39 (otuz doqquz) qəpik məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2(018)-429/2021 saylı Astara rayon məhkəməsinin qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixli 257492 saylı kredit müqaviləsi üzrə Cavabdeh 2060 (iki min altmış) manat 22 (iyirmi iki) qəpik əsas borc, 207 (iki yüz yeddi) manat 58 (əlli səkkiz) qəpik faiz borcu və 20 (iyirmi manat cərimə borcunun, bildiriş göndərilməsi üzrə xərclər üçün 4 (dörd) manat 80 (səksən) qəpik və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "X5 Azərbaycan" QSC-nə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli 2(018)-429/2021 saylı Astara rayon məhkəməsinin qətnaməsinin icrası “X5 Azərbaycan" QSC "X1" MMC ilə arasında bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən "X1" MMC tərəfindən təmin edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“ N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 2(018)-429/2021 saylı məhkəmə qətnaməsi çıxdıqdan sonra cavabdeh qətnamə üzrə borcunu ödəmiş, lakin iddiaçı məhkəmə qətnaməsində göstərilən məbləğdən başqa Cavabdeh 581 (beş yüz səksən bir) manat 39 (otuz doqquz) qəpik məbləğində dəymiş maddi zərər tələb edir və həmin məbləğin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar "X1" MMC ilə bağlanmış müqaviləni əsas gətirmişdir. Məhkəmə hesab edir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(018)-429/2021 saylı qətnaməsi ilə Cavabdeh cəmi 2287.8 manat pulun tutulması barədə icra sənədi icra edilmək üçün Astara Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və borclu tərəfindən borc ödənilmişdir.Cavabdehdən tutulmuş 2287.8 manat məbləğdə pul vəsaitinə görə yenidən ondan qətnamənin icra edilməsi ilə əlaqədar 581 (beş yüz səksən bir) manat 39 (otuz doqquz) qəpik məbləğində dəymiş maddi zərərin tələb edilməsi məğbul deyil. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı “X5 Azərbaycan”QSC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı “X5 Azərbaycan”QSC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən. İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-646/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-646/2024
09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver