Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-659/2025 21.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit boecunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 1483 (min dört yüz səksən üç) manat 73 (yetmiş üç) qəpik əsas, 1927 (min doqquz yüz iyirmi yeddi) manat 42 (qırx iki) qəpik faiz, 1199 (min yüz doxsan doqquz) manat 28 (iyirmi səkkiz) qəpik cərimə, cəmi 4834 (dört min səkkiz yüz otuz dörd) manat 08 (səkkiz) qəpik borcun, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci tarixli Plenum qərarına əsasən hesablanmış 223 (iki yüz iyirmi üç) manat 65 (altmış beş) qəpik və dövlət rüsumu olaraq ödənilmiş 68 (altmış səkkiz) manat 35 (otuz beş) qəpik məbləğində vəsaitin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondu idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh1arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə illik 21.5% dərəcəsi ilə 5.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3ilə Bank arasında ********* nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmədə iştirak edən zaman Cavabdeh2 ona qarşı verilmiş iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X3 dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə illik 21.5% dərəcəsi ilə 5.600 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixə Cavabdeh1kredit üzrə cəmi borcu 4.834,08 (dörd min səkkiz yüz otuz dörd manat, 08 qəpik) AZN təşkil edir. Bundan 1.483,73 (bir min dörd yüz səksən üç manat, 73 qəpik) AZN əsas, 1.927,42 (bir min doqquz yüz iyirmi yeddi manat, 42 qəpik) AZN faiz, 1.199,28 (bir min yüz doxsan doqquz manat, 28 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenumqərarına əsasən hesablanmış 223,65 (iki yüz iyirmi üç manat, 65 qəpik) AZN faiz borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 Sadiq oğlunun İddiaçı ASC-nə yaranmış borcun məbləği və Cavabdeh1 Sadiq oğlu tərəfindən İddiaçı ASC-nə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. Mülki işə əlavə edilmiş AZE05204355 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Sadiq oğlu xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, etibarnamədə nəzərdə tutulmuş hüquqların həyata keçirilməsi X4 etibar edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********93 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 68 (altmış səkkiz) manat 35 (beş) qəpik dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi əsasında İddiaçı ASC -dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondu krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat 05 (beş) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənləri və cavabdehin əmlak mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 1483 (min dörd yüz səksən üç) manat 73 qəpik əsas borc, 1927 (min doqquz yüz iyirmi yeddi) manat 42 qəpik faiz borcu, 99 (doxsan doqquz) manat 28 qəpik cərimə,kredit müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 223 (iki yüz iyirmi üç) manat 65 qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 68 (altmış səkkiz) manat 35 qəpik məbləğində pul vəsaiti tutulub LPO İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 1483 (min dörd yüz səksən üç) manat 73 qəpik əsas borc, 1927 (min doqquz yüz iyirmi yeddi) manat 42 qəpik faiz borcu, 99 (doxsan doqquz) manat 28 qəpik cərimə,kredit müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 223 (iki yüz iyirmi üç) manat 65 qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 68 (altmış səkkiz) manat 35 qəpik məbləğində pul vəsaiti tutulub LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-659/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-659/2025
21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver