Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-663/2024 07.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia verərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK4394835B255 saylı kredit müqaviləsi üzrə 2288.15 ( iki min iki yüz səksən səkkiz manat, on beş qəpik) manat əsas borc, 147.13 (yüz qırx yeddi manat, on üç qəpik) manat faiz borcu, cəmi 2435.28 (iki min dörd yüz otuz beş manat, iyirmi səkkiz qəpik)) manat və 44.35 (qırx dörd manat, otuz beş qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ilə xx.xx.2023-cü il tarixli, RGTK4394835B255 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 59 ay müddətinə 17 faizlə 2338.66 (iki min üç yüz otuz səkkiz manat, altmış altı qəpik) manat məbləğində kredit xətti ayrılmışdır. Lakin, Cavabdeh kredit borclarını banka ödəməkdən yayınmış, beləliklə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2288.15 ( iki min iki yüz səksən səkkiz manat, on beş qəpik) manat əsas borc, 147.13 (yüz qırx yeddi manat, on üç qəpik) manat faiz borcu, cəmi 2435.28 (iki min dörd yüz otuz beş manat, iyirmi səkkiz qəpik) manat və 44.35 (qırx dörd manat, otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK4394835B255 saylı kredit müqaviləsindən görünür ki, təşkilat Cavabdeh 59 ay müddətinə 17 faizlə 2338.66 (iki min üç yüz otuz səkkiz manat, altmış altı qəpik) manat kredit vermişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh banka xx.xx.2023-cü il tarixli, RGTK4394835B255 saylı kredit müqaviləsi üzrə 2288.15 ( iki min iki yüz səksən səkkiz manat, on beş qəpik) manat əsas borc, 147.13 (yüz qırx yeddi manat, on üç qəpik) manat faiz borcu, cəmi 2435.28 (iki min dörd yüz otuz beş manat, iyirmi səkkiz qəpik) manat borcludur. Ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 44.35 (qırx dörd manat, otuz beş qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44.35 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK4394835B255 saylı kredit müqaviləsi üzrə 2288.15 ( iki min iki yüz səksən səkkiz) manat on beş qəpik əsas borc, 147.13 (yüz qırx yeddi) manat on üç qəpik faiz borcu, cəmi 2435.28 (iki min dörd yüz otuz beş) manat iyirmi səkkiz qəpik borc və 44.35 (qırx dörd) manat, otuz beş qəpik məbləğdə ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-663/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-663/2024
07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver