Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-686/2025 03.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «Accessbank” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 11121.27 manat məbləğində kredit bоrcu, 907.08manat məbləğində faiz bоrcu və 180.12 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12208 (on iki min iki yüz səkkiz) manat 47 (qırx yeddi) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 126.62 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Accessbank” QSC-nin nümayəndəsi X1 elektron ərizə ünvanlayaraq iddia ərizəsinə onların iştirakları olmadan baxılması və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İddiaçı «Accessbank” QSC idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 008A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, İbrahimliAbbas Rövşənoğlu aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Odur ki, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 11121.27 manat məbləğində kredit bоrcu, 907.08manat məbləğində faiz bоrcu və 180.12 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12208 (on iki min iki yüz səkkiz) manat 47 (qırx yeddi) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 126.62 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iclasında Cavabdeh bildirdi ki, 2020-ci il 27 sentyabr tarixindən başlanmış və böyk zəfərlə nəticələnən vətən müharibəsinin iştirakçısıdır. Borcunun oduğunu bilir, buna heç bir etirazı yoxdur, lakin məhkəmədən dəbbə pulunun silinməsini xahiş edir.Əlavə olaraq bildirdi ki, maddi imkanı olmadığına görə borcunu birdəfəlik ödəyə bilmir. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2022-ci il tarixli saylı 008A********** saylı ərizədən görünür ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 008A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, İbrahimliAbbas Rövşənoğlu aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2026-cı il tarixədək 17000 (on yeddi min) manat məbləğində kreditin aylıq ödəniş məbləği müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, «Accessbank” QSC ilə Cavabdeh arasında bağlanmış, 11121.27 manat məbləğində kredit bоrcu, 907.08manat məbləğində faiz bоrcu və 180.12 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12208 (on iki min iki yüz səkkiz) manat 47 (qırx yeddi) qəpik məbləğində bоrcu vardır. İş materiallarında olan 09.1.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh «Accessbank” QSC-nə yaranmış borcun məbləği və Cavabdeh tərəfindən «Accessbank” QSC-nə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. Mülki işə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 73038991 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı «Accessbank” QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 126 (yüz iyirmi altı) manat 62 (altmış iki) qəpik dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı «Accessbank” QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı «Accessbank” QSC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 130 (yüz otuz) manat 11 (on bir) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənləri və cavabdehin əmlak mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 11121 (on bir min yüz iyirmi bir) manat 27 qəpik əsas borc, 907 (doqquz yüz yeddi) manat 08 qəpik faiz borcu, 10 (on) manat 12 qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 126 (yüz iyirmi altı) manak 62 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11121 (on bir min yüz iyirmi bir) manat 27 qəpik əsas borc, 907 (doqquz yüz yeddi) manat 08 qəpik faiz borcu, 10 (on) manat 12 qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 126 (yüz iyirmi altı) manak 62 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-686/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-686/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver