Məhkəmə qərarları › İş №e-2(018)-692/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-692/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-692/2024 13.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» barədə iddia verərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 012CASA192270012 saylı kredit müqaviləsi üzrə 2871.13 (iki min səkkiz yüz yetmiş bir manat, on üç qəpik) manat əsas borc, 23.53 (iyirmi üç manat, əlli üç qəpik) manat faiz borcu,cəmi 2894.66 (iki min səkkiz yüz doxsan dörd manat, altmış altı qəpik) manat pulun və 48.95 (qırx səkkiz manat, doxsan beş qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 012CASA192270012 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, illik 1% olmaqla 2945.13 manat kredit verilmişdir. Lakin, Cavabdeh kredit borclarını banka ödəməkdən yayınmış, beləliklə də xx.xx.2019-cu il tarixli, 012CASA192270012 saylı kredit müqaviləsi üzrə 2871.13 (iki min səkkiz yüz yetmiş bir manat, on üç qəpik) manat əsas borc, 23.53 (iyirmi üç manat, əlli üç qəpik) manat faiz borcu, cəmi 2894.66 (iki min səkkiz yüz doxsan dörd manat, altmış altı qəpik) manat pulun və 48.95 (qırx səkkiz manat, doxsan beş qəpik) manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 012CASA192270012 saylı kredit müqaviləsi üzrə 2945.13 manat məbləğində kredit müqaviləsi bağlanılmış, həmin məbləğ Cavabdeh verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2019-cu il tarixli, 012CASA192270012 saylı kredit müqaviləsi üzrə 2866.13 (iki min səkkiz yüz altmış altı manat, on üç qəpik) manat əsas borc, 23.53 (iyirmi üç manat, əlli üç qəpik) manat faiz borcu,cəmi 2889.66 (iki min səkkiz yüz səksən doqquz manat, altmış altı qəpik) manat pul borcu vardır. Ödəniş tapşırığından görünür ki, İddiaçı X2 Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 48.95 (qırx səkkiz manat, doxsan beş qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 48.95 (qırx səkkiz manat, doxsan beş qəpik) dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 012CASA192270012 saylı kredit müqaviləsi üzrə 2866.13 (iki min səkkiz yüz altmış altı) manat on üç qəpik əsas borc, 23.53 (iyirmi üç) manat əlli üç qəpik faiz borcu,cəmi 2889.66 (iki min səkkiz yüz səksən doqquz) manat altmış altı qəpik borc və 48.95 (qırx səkkiz) manat doxsan beş qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar