Məhkəmə qərarları › İş №e-2(018)-712/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-712/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-712/2024 20.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, X1 İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 qarşı «Kredit borcunun qaytarılması barədə» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Nümayəndə «Kredit borcunun qaytarılması barədə» iddia verərək, 14 sentyabr 2018-ci il tarixli NK-21-172807/010432 nömrəli kredit müqaviləsi üzrə cəmi 1678.35 (min altı yüz yetmiş səkkiz manat, otuz beş qəpik) manat məbləğində borcun- bundan 1090.62 (min doxsan manat, altmış iki qəpik) manat əsas, 470.73 (dörd yüz yetmiş manat, yetmiş üç qəpik) manat faiz borcunun və 0.15 (on beş qəpik) manat cərimənin, 116.85 (yüz on altı manat, səksən beş qəpik) manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 36.78 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkaran filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2018-ci il tarixli NK-21-172807/010432 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 1900 (min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli NK-21-172807/010432/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və 10 avqust 2022-ci il tarixli **********342 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, həmin müqavilə üzrə cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bu səbəbdən də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14 sentyabr 2018-ci il tarixli NK-21-172807/010432 nömrəli kredit müqaviləsi üzrə 13 noyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 1678.35 (min altı yüz yetmiş səkkiz manat, otuz beş qəpik) manat borcu vardır. Bunun 1090.62 (min doxsan manat, altmış iki qəpik) manat əsas, 470.73 (dörd yüz yetmiş manat, yetmiş üç qəpik) manat faiz borcunu və 0.15 (on beş qəpik) manat cərimə, 116.85 (yüz on altı manat, səksən beş qəpik) manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunu təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı LPO "xxxx" ASC-adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 36.78 (otuz altı manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 14 sentyabr 2018-ci il tarixli NK-21-172807/010432 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 23.75 (iyirmi üç tam yüzdə yetmiş beş) faiz dərəcəsi ilə 1900 (min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Həmçinin həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə hələ də qüvvədədir. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, bank ilə Cavabdeh2 arasında NK-21-172807/010432/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 14 sentyabr 2018-ci il tarixli NK-21-172807/010432 nömrəli kredit müqaviləsi üzrə 13 noyabr 2023-cü il tarixə cəmi 1678.35 (min altı yüz yetmiş səkkiz manat, otuz beş qəpik) manat-bundan 1090.62 (min doxsan manat, altmış iki qəpik) manat əsas, 470.73 (dörd yüz yetmiş manat, yetmiş üç qəpik) manat faiz borcu və 0.15 (on beş qəpik) manat cərimə, 116.85 (yüz on altı manat, səksən beş qəpik) manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, 14 sentyabr 2018-ci il tarixli NK-21-172807/010432 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərə öz üzərlərinə götürdükləri öhdəlikəri lazımınca yerinə yetirilmədiyindən Banka borclarının yarandığı onlara bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 36.78 (otuz altı) manat 78 qəpik məbləğdə dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, 14 sentyabr 2018-ci il tarixli NK-21- 172807/010432 nömrəli kredit müqaviləsi üzrə 1090.62 (min doxsan) manat, altmış iki qəpik əsas, 470.73 (dörd yüz yetmiş) manat, yetmiş üç qəpik faiz borcu və 0.15 (on beş qəpik) manat cərimə, 116.85 (yüz on altı manat, səksən beş qəpik) manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 36.78 (otuz altı) manat 78 qəpik məbləğində pul vəsaiti tutulub, iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar