Məhkəmə qərarları › İş №e-2(018)-715/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-715/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-715/2025 11.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin səlahiyyətli nümayəndəsi Tapdıq Heybətov Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh əsas borcu 2813,61 (iki min səkkiz yüz on üç manat, altmış bir qəpik) manat, cərimə borcu 422,04 (dörd yüz iyirmi iki manat, dörd qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 52,76 (əlli iki manat, yetmiş altı qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 3288,41 (üç min iki yüz səksən səkkiz manat, qırx bir qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 183-EMB-0681-23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 19 ay müddətinə 3530 (üç min beş yüz otuz) manat kredit verilmişdir. Əlaqəli Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə (ödəniş terminalları, onlayn ödənişlər) ödəniş məbləğlərini ödəmədikdə, vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə əsas borcu 2813.61 AZN (iki min səkkiz yüz on üç manat 61 qəpik), faiz borcu 0.00 AZN (sıfır manat 00 qəpik), cərimə borcu 422.04 AZN (dörd yüz iyirmi iki manat 04 qəpik) olmaqla ümumi borcu 3235.65 AZN (üç min iki yüz otuz beş manat 65 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixli, pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Nəticədə onun iddiaçıya 2813,61 (iki min səkkiz yüz on üç manat, altmış bir qəpik) manat əsas məbləğ üzrə, 422,04 (dörd yüz iyirmi iki manat, dörd qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh əsas borc üzrə 2813.61 AZN (iki min səkkiz yüz on üç manat 61 qəpik), cərimə borcu üzrə 422.04 AZN (dörd yüz iyirmi iki manat 04 qəpik) olmaqla həmçinin ərizəyə görə ödənilmiş 52.76 AZN (əlli iki manat 76 qəpik) dövlət rüsumunun əvəzi, ümumilikdə 3288.41 AZN ( üç min iki yüz səksən səkkiz manat, 41 qəpik) borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 52,76 (əlli iki manat, yetmiş altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 183-EMB-0681-23 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana "xxxx" MMC-nin istehsal etdiyi mebel(lər)i almaq məqsədilə 19 ay müddətinə 3530 (üç min beş yüz otuz) manat məbləğində istehlak krediti verməyi, borcalan isə aldığı borcu bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 183-EMB-0681-23 saylı kredit müqaviləsi üzrə 2813,61 (iki min səkkiz yüz on üç manat, altmış bir qəpik) manat əsas məbləğ üzrə, 422,04 (dörd yüz iyirmi iki manat, dörd qəpik) manat cərimə üzrə, cəmi 3235,65 (üç min iki yüz otuz beş manat, altmış beş qəpik) manat borcu vardır. İş materiallarına əlavə olunmuş son xəbərdarlıq məktubundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 183-EMB-0681-23 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2023-cü il il tarixli 183-EMB-0681-23 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 422,04 (dörd yüz iyirmi iki manat, dörd qəpik) manat məbləğində dəbbə pulu azaldılaraq 25 (iyirmi beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 52,76 (əlli iki manat, yetmiş altı qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il il tarixli, 183-EMB-0681-23 saylı kredit müqaviləsi üzrə 2813,61 (iki min səkkiz yüz on üç manat, altmış bir qəpik) manat əsas məbləğ üzrə, 25 (iyirmi beş) manat cərimə üzrə, cəmi 2838,61 (iki min səkkiz yüz otuz səkkiz manat, altmış bir qəpik) manat və ödənilmiş 52,76 (əlli iki manat, yetmiş altı qəpik) manat dövlət rüsumu alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar